İnsanlara hürriyət, millətlərə istiqlal!

Pənah Hüseyn partiyasının qeydə alınmasından danışdı: “İndi qarşımıza qoyduğumuz vəzifə ondan ibarətdir ki... “

1053 07.09.2023 15:44 Siyasət A A

Xəbər verdiyimiz kimi  Azərbaycan Xalq Partiyası (AXP) da Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.

Məsələ ilə bağlı AXP-nin sədri Pənah Hüseyn Musavat.com-a danışıb:

“Azərbaycan Xalq Partiyasının da qeydiyyata alınması ilə bağlı xəbəri bir qədər öncə aldım. Doğrusu, partiyanın qeydiyyata alınacağı ilə bağlı 100 faiz əminlik yox idi. Amma partiyamızın işçi qrupu həm birinci, həm də ikinci mərhələdə çox çalışdı, mövcud olan müəyyən qüsurlar aradan qaldırıldı və nəhayət bizim partiyamız da qeydiyyata alındı”.

-Yeni dönəmdə partiyada hansı yeniliklər gözlənilir?- sualımıza isə Pənah Hüseyn bu cür cavab verdi:

“Qeyd edim ki,  mənim "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinə münasibətim müxalif olub və bu barədə mövqeyimi  kifayət qədər açıqlamışam.  Lakin bu məsələlər ilə bağlı məşğul olan və yaxud aidiyyəti olan şəxslər bildiriblər ki, 2019-cu ilin sonu, 2020-ci ilin əvvələrində başladılan siyasi partiyalarla dialoq kursu davam etdirilir. Bu o deməkdir ki, siyasi  partiyaların qeydiyyatından sonra yeni bir mərhələnin başlayacağını görəcəyik. Bu baxımdan hazırda sənədlərini təqdim etmiş bütün siyasi  partiyaların reyestr qeydiyyatına alınmasını  arzu edirik.

Partiyamıza gəldikdə, hazırda qarşımıza qoyduğumuz vəzifə ondan ibarətdir ki, siyasi proseslərdə daha fəal və daha təsirli siyasi qüvvələrdən biri olaq”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR