İnsanlara hürriyət, millətlərə istiqlal!

Pelosinin qərəzli çıxışı -ABŞ-ın Cənubi Qafqaz siyasətinə və strateji hədəflərinə AĞIR ZƏRBƏ

898 19.09.2022 13:22 Yazarlar A A

ABŞ Konqresinin Nümayəndələr Palatasının (NP) spikeri Nensi Pelosinin Ermənistana səfəri zamanı səsləndirdiyi qərəzli fikirlər cəmiyyətdə hiddətlə qarşılandı. Onun belə çıxışı öncə Amerikanın Cənubi Qafqaz siyasətinə ağır zərbə vurdu. Yaşının bu ahıl çağında N.Pelosin dünyada və regionumuzda gedən geopolitik prosesləri dərk etmək iqtidarında olmadığı hiss olunur. Görünür, yaş öz işini görüb. Ermənistan-Azərbaycan sərhədində baş verən gərginliyə obyektivlikdən, ədalətdən çox uzaq, ermənisayağı münasibət bildirmək, Azərbaycanın ünvanına əsasız ittihamlar səsləndirmək qəbuledilməz haldır.

Heç şübhəsiz ki, N.Pelosin bu cəfəng fikirləri ABŞ-da erməni lobbisinin puluna və seçki dövründə həmin erməni seçicilərin dəstəyinə istiqamətlənib. Antitürk əhval-ruhiyyəsində olan bu erməni sevdalısı ABŞ papağını yerə soxmaqla bərabər öz dövlətinin strateji hədəflərini zədələdi. Mümkün variantdır ki, N.Pelosin bundan sonra Azərbaycanın əleyhinə hər hansı sənədlərin qəbul edilməsinə cəhd göstərəcək. Amma bir vacib məqam ondan ibarətdir ki, Amerikanın xarici siyasətini prezident və onun komandası müəyyən edir. Şübhəsiz ki, həmin komanda da N.Pelosindən fərqli olaraq ağlını itirməyən və Azərbaycanın Cənubi Qafqazda güclü dövlət olduğunu görən, dərk edən şəxslər var. Prezident qoca Baydenin ətrafındakı prosesləri düzgün dəyərləndirməyi bacaran qüvvələr ehtimal etmək olar ki, N.Pelosinin anti-Azərbaycan siyasətini bloklayacaqlar. Əks təqdirdə ABŞ regionda zədələnmiş mövqeyini daha da itirəcək.

Onu da qeyd etmək lazımdır ki, təşkilatçıların etirafına görə Pelosinin Ermənistana səfəri bir neçə ay qabaqdan planlaşdırılıb. Yəni erməni sevdalısı Pelosinin bu səfəri Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginliklə əlaqələndirmək yanlış olar.

Nəhayət, Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələrlə, ümumilikdə ermənilərin sentyabrın 12-13-də törətdikləri təxribatlarla bağlı izahat işləri beynəlxalq səviyyədə, dünyanın nüfuzlu media qurumlarının vasitəsilə davamlı olaraq genişlənməlidir. Biz ermənilərdən fərqli olaraq həqiqəti ortalığa qoymalıyıq. Düşmənin təxribatları bitdi anlayışı yoxdur. Müşahidələr göstərir ki, bəzi ermənilər beşikdən qəbir evinəcən qara niyətlərindən əl çəkməyəcəklər. Onlardan hər zaman sabitliyə təhlükə yaradacaq addımlar atacağını gözləmək olar. Mövcud şəraitə uyğun olaraq Azərbaycan əsgəri öz işini yüksək səviyyədə görür. Azərbaycan diplomatiyası, mediası və QHT sektoru belə proseslərə hazır olmalıdır. Təəssüf ki, ciddi səhvlər ortadadır.

Əkrəm Bəydəmirli

052c1535ac0e4f3fa5f1f0972376daa32092021192301.jpg (48 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR