İnsanlara hürriyət, millətlərə istiqlal!

Pelenin səhhəti ilə bağlı qalmaqallı açıqlamalar və futbolçunun REAKSİYASI  

749 04.12.2022 10:30 İdman A A

Əfsanəvi futbolçu Pelenin səhhəti ilə qalmaqal yaşanır.

Musavat.com xəbər verir ki, Braziliya mətbuatı futbolçunun səhhətinin ağır olduğunu, orqanizminin kimyaterapiyalara müsbət reaksiya vermədiyini yazıb.

Pelenin müalicə olunduğu İsrail Albert Eynşteyn Xəstəxanasından isə bildirilib ki, Pelenin vəziyyəti stabildir. Onun yoğun bağırsağında olan şiş səbəbindən müalicə aldığı bildirilib.

Əfsanəvi futbolçunun səhhətində heç bir pisləşmə olmadığı vurğulanan açıqlamada, "eyni şəkildə vəziyyəti pisləşmədən, son 24 saatda tənəffüs yolu infeksiyasının müalicəsinə yaxşı cavab verdi" ifadəsi işlədilib.

Mətbuat isə qeyd edib ki, bir ildən artıqdır ki, kimyaterapiyadan keçən 82 yaşlı Pelenin bədənindəki xərçəng bu ilin əvvəlində ağciyərlərinə, qaraciyərinə və bağırsaqlarına keçib...

Pele xəstəxananın açıqlamasını sosial media hesabında bu qeydlə paylaşıb:
"Dostlarım, hamını sakit və pozitiv saxlamaq istəyirəm. Mən güclüyəm, çox ümidliyəm və müalicəmi həmişəki kimi izləyirəm. Mənə göstərilən qayğıya görə bütün həkim və tibb bacıları komandasına təşəkkür etmək istəyirəm. Allaha böyük inam və dünyanın hər yerindən aldığım sevgi mesajları məni xoşbəxt edir”.

Qeyd edək ki, futbol tarixinin ən yaxşılarından biri olan və Pele kimi tanınan Edson Arantes do Nascimento dörd Dünya Kuboku yarışında 12 qol vurub və Braziliyanın üç Dünya Kubokunda qalib gəlməsində aparıcı rol oynayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR