İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtın mərkəzində SOYĞUN: 5500 manat və 10 min dollar olan çantanı apardılar

829 26.07.2022 15:20 Kriminal A A

Bakının mərkəzində içərisində 5500 manat və 10 min dollar olan çanta aparılıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, DİN-in “102” Xidməti Zəng Mərkəzinə iyulun 25-də Bakı Dəmiryol vağzalının yaxınlığında paytaxt sakini E.Umudova zor tətbiq edən şəxsin içərisində 5500 manat və 10 200 ABŞ dolları olan çantasını soyğunçuluq yolu ilə talayıb qaçması barədə məlumat daxil olub.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakini A.Əkbərov müəyyən edilərək saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.

Nəqliyyatda Baş Polis İdarəsində araşdırma aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR