İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtda yük maşını "VAZ 2106" ilə toqquşub, xəsarət alan var - FOTOLAR

678 28.10.2015 06:12 Hadisə A A
Ötən gecə Bakının Suraxanı rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Səttar Bəhlulzadə küçəsində qeydə alınıb. Şəhərin mərkəzindən  Suraxanı qəsəbəsi istiqamətində hərəkət edən "Mercedes" markalı kiçik tutumlu yük maşını  yol ayrıcında  "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub.  Qəza  nəticəsində "Jiquli"nin sürücüsü xəsarət alıb. O sonradan paytaxt xəstəxanalarının birinə müraciət etməli olub. 
 
Yol qəzasının baş verdiyi ərazidə Suraxanı Rayon Polis İdarəsinin və Dövlət Yol Polis Şöbəsinin əməkdaşları müayinələr aparıb.





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR