İnsanlara hürriyət, millətlərə istiqlal!

PAYIZDA HERKELİN YERİNƏ YENİ MƏRUZƏÇİ TƏYİN OLUNACAQ

731 22.06.2010 08:27 Gündəm A A
O bildirib ki, AŞ PA həmişə olduğu kimi, bu il də seçkiləri izləmək üçün Azərbaycana 30 nəfərdən ibarət uzunmüddətli və qısamüddətli müşahidəçi missiyası göndərəcək. Hələlik missiyaya kimin rəhbərlik edəcəyi məlum deyil. Andres Herkelin həmməruzəçi kimi vaxtının bitməsinə gəldikdə, bu məsələ AŞ PA-nın payız sessiyasında müzakirə ediləcək: “Yeni həmməruzəçinin bu sessiya ərzində təyin olunmasına inanmıram. Çünki mənim dördüncü gün ölkəniz üzrə hesabatım dinlənəcək, büronun növbəti iclası isə həmin gün səhər olacaq. Ona görə də fikrimcə, bu məsələ növbəti sessiyada müzakirə ediləcək”.
Dünən həmçinin AŞ PA prezidenti Mövlud Çavuşoğlu qurumun yay sessiyası çərçivəsində ilk mətbuat konfransını keçirib. Jurnalistlərin Dağlıq Qarabağ münaqişəsi və AŞ PA-da bununla bağlı alt komitəsinin fəaliyyətinin bərpa olunub olunmayacağına dair sualları cavablandıran M.Çavuşoğlu sözügedən komitənin fəaliyyətinin bərpa edilməsinin bu sessiya ərzində mümkün olmayacağını bildirib: “İnanmıram ki, bu məsələnin gerçəkləşməsi bu sessiya ərzində baş tutsun. Lakin mən AŞ PA sədri olaraq, bu həftə ərzində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcəyəm. Bu dəfə hər ölkənin nümayəndə heyətindən bir parlamentar da bu görüşə qatılacaq. Bundan sonra mən AŞ PA Bürosunun iclasında bu görüş haqda hesabat verəcəyəm”.
M.Çavuşoğlu məsələ ilə bağlı hər iki ölkənin nümayəndə heyətləri rəhbərlərini dinlədiyini deyib: “Bundan da sonra onların fikirlərini öyrənməyə davam edəcəyəm. Mən AŞ PA Bürosundan görüşdən və mənim onlara verəcəyim hesabatdan öncə hər hansı qərar qəbul etməməyi xahiş etdim. Mən onlara bu məsələ ilə bağlı hesabat verdikdən sonra büro nə etmək lazım olduğunu özü müəyyən edəcək. Dağlıq Qarabağ münaqişəsinin həlli və AŞ-nin bu məsələdəki roluna gəldikdə, onu deyə bilərəm ki, məsələnin ən yaxşı həll variantlarından da biri odur kı, AŞ PA-nın 2005-ci ildə qəbul etdiyi 1416 saylı qətnaməyə hörmətlə yanaşılsın. Bu çox yaxşı hazırlanmış bir sənəddir və hər iki tərəfin bu qətnaməni həyata keçirməsi Azərbaycanla Ermənistana, eləcə də bütün regiona sülh və stabillik gətirə biləcək”.
Qeyd edək ki, AŞ PA 2005-ci ilin yanvarında Dağlıq Qarabağ münaqişəsinə dair 1416 saylı qətnamə qəbul edib. Qətnamədə qeyd olunub ki, Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın 20 faiz ərazisini işğal edib. Sənəddə bildirilir ki, Ermənistan dərhal öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalı, qaçqınlar öz yerlərinə qayıtmalı və münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR