İnsanlara hürriyət, millətlərə istiqlal!

Paxlavanın altında xarici valyutanı gizli keçirmək istəyən şəxs saxlanıb

546 17.09.2020 16:27 Hadisə A A

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda valyutanın Azərbaycan gömrük sərhədindən bəyan etmədən və gizli keçirmə cəhdinin qarşısını alıblar.

Bu barədə Musavat.com-a DGK-dan məlumat verilib.

Məlumata görə, Bakı-İstanbul aviareysi ilə gedən sərnişin gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib.

Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı sərnişinin bel çantasının içərisində "Gəncə paxlavası" yazılan qutunun altından sellofan paketə bükülü vəziyyətdə gömrük nəzarətindən gizlədilmiş 105 min ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR