İnsanlara hürriyət, millətlərə istiqlal!

Passivlik və yersiz populizm: yerli erməni ekspertlər İrəvanda seçki kampaniyasını belə qiymətləndirirlər

247 30.08.2023 16:02 Son xəbər A A

Xəbər verdiyimiz kimi gələcək ayda İrəvan meriyasına seçkilər keçiriləcək.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Ermənistanın paytaxt merliyi uğrunda mübarizə yerli ekspertlər və ictimaiyyət tərəfindən olduqa sönük şəkildə dəyərləndirilir. Bunu İrəvanın “Xalqın səsi” ekspert klubunun keçirdiyi sorğu da göstərir.

Yerli ekspertlərin kampaniyanın ilk həftəsində gəldiyi nəticələrə görə, siyasi qüvvələr hələ də İrəvan sakinlərini maraqlandıra, gündəmləri ilə diqqəti cəlb edə bilməyiblər.

Bəzi qüvvələr qarşıdan gələn İrəvan seçkilərinə xarici siyasət fonu verməyə, hətta anti-Rusiya əhval-ruhiyyəsi yaratmağa cəhd göstərir. Məsələn, merliyə iddialı Tiqran Xzmalyan təbliğat kampaniyası Aİ bayrağı altında təbliğat aparır, “Respublika” partiyasının lideri Aram Sarkisyan isə seçki kampaniyası zamanı Ermənistanın KTMT-dən çıxması məsələsini yenidən gündəmə gətirir. Onlardan fərqli olaraq, məsələn, “Sosial ədalət naminə” partiyası Ermənistan-Rusiya münasibətlərinin inkişafı və möhkəmlənməsinin tərəfdarı olan qüvvə kimi mövqe tutur.

Monitorinq aparan ekspertlərin rəyinə əsasən, kampaniya zamanı siyasi qüvvələrin əksəriyyətində populizm hökm sürür, real problemlər öz əksini tapmır və irəvanlıları narahat edən problemlərin həlli yolları təqdim olunmur, əvəzində əhaliyə icrası çətin olan proqramlarla alternativ reallıq təqdim olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR