İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla bağlı ŞOK İDDİA

1990 15.04.2023 17:11 Son xəbər A A

Ermənistan baş naziri Nikol Paşinyan sanksiyalardan yan keçmək üçün Rusiyaya kömək etməmək barədə göstəriş verib.

Musavat.com xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb.

Məlumata görə, martın əvvəlində Almaniyaya səfər edən Ermənistanın baş naziri Qərb ölkələrindəki tərəfdaşlarından "paralel ixracı dayandırmaq, Rusiyaya bank köçürmələrini kəsmək və Rusiyaya Qərbin sanksiyalarının öhdəsindən gəlməkdə kömək etməmək barədə xəbərdarlıq alıb".

Qeyd edilib ki, baş nazir Paşinyan Ermənistana qayıdan kimi Mərkəzi Bankın sədri, hökumət üzvləri və Dövlət Gəlirləri Komitəsinin rəhbərinə Rusiyaya yardımı dayandırmağı tapşırıb: "Rusiyaya uçan sərnişinlərin baqajlarında İT texnologiyaları üçün lazım olan çipləri və aksesuarları daşımaması üçün hava limanında ciddi nəzarət yaradılıb", - deyə nəşr bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR