İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın tərəfdarı: “Bizi torpaqlar maraqlandırmır”

2040 02.03.2021 17:40 Dünya A A

Ötən gün Ermənistanda baş nazir Nikol Paşinyana dəstək mitinqinə qatılan vətəndaşlardan biri ölkədə müzakirələrə səbəb olan açıqlama verib.
Azvision.az xəbər verir ki, mitinqdə Paşinyan tərəfdarı kimi iştirak edən erməni vətəndaş (adı açıqlanmayıb-red) jurnalistlərə müsahibəsində "bizi torpaqlar (Qarabağ-red.) maraqlandırmır", - deyə bildirib.

O, Serj Sarkisyan və Robert Koçaryan komandasının Ermənistanda yenidən hakimiyyətə qayıtmasını istəmədiyini söyləyib: "Qarabağ klanının hakimiyyətə gəlməyindənsə, qoy elə genişmiqyaslı müharibə olsun, uşaqlı-böyüklü hamı qırılsın".

Həmin şəxsin bu fikirləri sosial şəbəkələrin erməni seqmentində geniş müzakirə predmetinə çevrilib. Bir çoxları onu qınayaraq, haqqında tənqidi fikirlər səsləndiriblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR