İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyasından Köçəryanın qaydışına kinayəli reaksiya - “Çox qorxduq”

1002 08.02.2021 23:55 Dünya A A

“Hakim “Mənim addımım” blokunu tərk etmək istəyən çıxıb gedib. Bundan sonra da, siyasi səbəblər olmadan bir neçə şəxs blokda olmaya bilər”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi Ermənistan Milli Assambelyasının spikerinin müavini Alen Simonyandır. A.Simonyan baş nazir Nikol Paşinyana yaxın adam hesab edilir. Onun sözlərinə görə, iqtidarın bu situasiyadan çıxması onun komandasının nə qədər güclü olduğunu göstərir.

“Sadəcə 3-4 deputat itirməklə biz vəziyyətdən çıxdıq. Heç bir hakimiyyət bu qədər dözümlü ola bilməzdi. Bizim onsuz da bəzi deputatlarla ciddi fikir ayrılıqlarımız var idi və onların partiyanı tərk edəcəyini bilirdik”,-deyə o qeyd edib.

Alen Simonyan keçmiş prezident Robert Köçəryanın siyasətə geri dönmək barədə bəyanatına da toxunub. Ermənistan müxalifəti məhz bu səbəbdən iqtidarın növbədənkənar seçkilərə getməkdən imtina etdiyini bildirir.

“Biz bu adamdam “çox qorxuruq”, o qədər “qorxuruq” ki, söz belə deyə bilmirik. Robert Köçəryan heç prezident olanda da seçkiləri qazana bilməyib. Elə qalan müxalifətin özü də seçkilərə getmək istəmir. Çünki nəticənin fərqli olmayacağını bilirlər”,-deyə o, qeyd edib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR