İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası: Ermənistanın müdafiə naziri yeni mənzilini kreditlə alıb

722 02.03.2023 20:22 Region A A

Ermənistanın müdafiə naziri Suren Papikyan bankdan pul götürərək yeni mənzilini kreditlə alıb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu martın 2-də Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Eriknaz Tiqranyan deyib.

Onun sözlərinə görə, vəzifəli şəxs əmlakı haqqında bəyannamə təqdim edən subyektdir. Ona görə də onun əmlakı və gəlirləri haqqında bəyannamə dərc edilməli olan sənəd sayılır.

“Yəni hər kəs bununla tanış ola bilər. Kiminsə əsaslı şübhələri varsa, kimsə hesab edir ki, korrupsiya riskləri var, burada hüquq-müdafiə təşkilatları, antikorrupsiya qurumları var. Siz bu strukturlarla əlaqə saxlaya bilərsiniz”, - Tiqranyan qeyd edib.

Xatırladaq ki, Ermənistan mətbuatında hazırkı müdafiə naziri Suren Papikyanın bir neçə ay əvvəl 5 otaqlı bir mənzili bazar dəyəri təxminən 412 min dollar olduğu halda 168 min dollara alması ilə bağlı xəbərlər yayılmışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR