İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası: “Azərbaycan və Ermənistanın mövqeləri bir-birindən kifayət qədər uzaqdır”

458 14.09.2023 13:47 Region A A


“Heç kim Azərbaycanla sülh müqaviləsini və münasibətlərin nizamlanmasına dair sənədin asanlıqla imzalanacağını deməyib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib.

Onun sözlərinə görə, bir çox aspektlərdə Bakı və İrəvanın yanaşmaları və mövqeləri bir-birindən kifayət qədər uzaqdır. “Biz Azərbaycan tərəfinin təkliflərini öyrənəcəyik. Və vəziyyət nə qədər çətin olsa da heç bir proses dalana dirənməyib”, – deyə Ovannisyan söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR