İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın generallarla qapalı görüşünün detalları üzə çıxdı- Qarabağla bağlı şok tapşırıq

6250 26.03.2019 16:57 Siyasət A A

Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam saatlarında Müdafiə Nazirliyində qapalı iclas keçirib.

Publika.az xəbər verir ki, Ermənistan mediası qapalı iclasın müəyyən detallarını açıqlayıb.

İddialara görə, Paşinyan orduya müharibəyə hazırlıq tapşırığı verib. Belə ki, danışıqlar masasından qaçmağa hazırlaşan erməni baş nazir belə addımın müharibəyə səbəb olacağını anlayır. Buna görə də indidən ordunu gələcək müharibəyə hazırlaşdırır.

“Past” qəzetinin məlumatına görə, qapalı iclasda Paşinyan generallarla müharibə ssenarilərini müzakirə edib. Konkret hansı ssenarilər üzərində iş aparıldığı məlum olmasa da, Paşinyanın müdafiə naziri David Tonoyana ordudakı neqativ halların aradan qaldırılması tapşırığını verdiyi deyilir.

Görünür, Ermənistan danışıqları yenidən tormozlamağa çalışacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR