"Belə bəyanatlar vermək ayıbdır. Ermənistanda ciddi istehsal gücləri yaradılıb, təxminən 30 milyon dollara avadanlıq alınıb ki, bu da generasiyanı təmin etməlidir."
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu iddianın müəllifi Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının deputatı Xaçatur Sukiasyandır.
Sukiasyan Ermənistanın qızıl və almazların tranzit ölkəyə çevrilməsi barədə məlumatlara izahat gətirməli olub.
“2022-ci ildən sonra Rusiyada çətinliklər yarandı və nə vaxtsa qızıl daha sərfəli qiymətlərlə təklif olunmağa başladı. Bu qızılı Ermənistan vasitəsilə başqa ölkələrə ixrac edənlər Ermənistana rüsum ödəyiblər. “Çirkli qızıl” yazırlar, amma qızıl heç bir sanksiya ilə qadağan olunmur. Bunun sayəsində istehsal gücü artıb, yüz milyonlarla dövriyyə yaranıb, minlərlə ailə bundan dolanır, əməkhaqqı alır, - deyə Sukiasyan bildirib.
Musavat.com
Paşinyanın deputatından etiraf: Ermənistanın qızıl ixracatı üzrə tranzit ölkəyə çevrilməsi doğrudur
