İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı küçələrə çıxmaq anonsunu verən yerli müxalifəti HƏDƏLƏDİ

659 23.05.2023 21:48 Region A A

Ermənistanda müxalifət daxili siyasi baxımdan öz resurslarını tükədib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə mayın 23-də jurnalistlərə müsahibəsində Ermənistanda hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib.

Onun sözlərinə görə, “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan siyasətçi kimi özünü artıq bitirib: "Ona görə də mən onun açıqlamalarını ciddi qəbul etmirəm".

“Əsas odur ki, heç kim öz hərəkətləri ilə dövlət maraqlarına və Qarabağ ermənilərinin mənafeyinə xələl gətirməsin, əks halda bizim təpkimiz kifayət qədər sərt və qanun çərçivəsində olacaq. Biz hakimiyyəti xalqın verdiyi mandatla həyata keçiririk. Ola bilməz ki, hansısa müxalifət küçələrə çıxsın, müəyyən kütlə toplasın və dövlət siyasətini dəyişsin”, – deyə, Artur Ovannisyan danışıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR