İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: “Hazırkı anda KTMT-dən çıxmaq kimi fikrimiz yoxdur”

405 07.09.2023 18:12 Region A A


“Hazırda Ermənistanın KTMT-dən çıxmaq prosesi getmir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sərkis Xandanyan deyib.

Onun sözlərinə görə, KTMT “özü Ermənistanı tərk edib və  Ermənistana qarşı fəaliyyətsizlik nümayiş etdirir".

Xandanyan rəsmi İrəvanın, Rusiyaya strateji müttəfiq kimi xeyli sualları olduğunu, lakin uzun müddətdir buna cavab ala bilmədiklərini qeyd edib.

Təhlükəsizlik sisteminin dəyişdirilməsi variantının müzakirə olunub-olunmaması ilə bağlı suala Sərkis Xandanyan belə cavab verib: “Silahlı Qüvvələrdə və bütövlükdə Ermənistanın təhlükəsizlik sistemində islahatlar davam etdirilməlidir. Bu baxımdan biz bu cür maraqları olan bütün ölkələrlə əməkdaşlığa açıq olmalıyıq”.

Xatırladaq ki, dünən Rusiya Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Boqdan Bezpalko Ermənistanın KTMT-dən çıxması təhlükəsinin olduğunu bəyan etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR