İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın bağ evi MÜHASİRƏYƏ ALINDI, keşiş Baqrat QƏZAYA DÜŞDÜ - aksiyaçılar “Radio evi”nə çatdı

5977 27.05.2024 11:31 Gündəm A A

İrəvanda itaətsizlik aksiyalarının iştirakçılarının polis tərəfindən sərt metodlarla həbs edilməsinin görüntüləri yayılıb.

Musavat.com teleqram kanallarına istinadən xəbər verir ki, Ermənistan polisi 196 etirazçını saxlayıb.

Qeyd edək ki, arxiyepiskop Baqrat Qalstanyanın “Vətən uğrunda Tavuş” hərəkatının tərəfdarları Ermənistanın paytaxtında və regionlarında vətəndaş itaətsizliyi aksiyalarına başlayıb.

İrəvanda aksiyalar davam edir.

Arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi qrup İrəvandakı “Radio evi”nə çatıb. Bu həmin “Radio evi”dir ki, 2018-ci ildə Paşinyan başda olmaqla bir qrup vətəndaş içəri daxil olub və onlara canlı yayım verilməsini tələb etmişdilər.

İndi də eyni halı Paşinyana qarşı təkrar edirlər.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Üzeyir Cəfərovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:


https://www.facebook.com/NewMusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR