İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın adamı Azərbaycan və Türkiyə ilə barışığa çağırdı: “Müharibə istəmiriksə...”

1564 10.12.2020 11:57 Dünya A A


“Qonşularla diplomatik münasibətlər problemlərlə bağlı dialoq qurmaq və gərginliyin qarşısını almaq üçün çox vacibdir”.

Musavat.com xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının rəhbəri, hökumətyönümlü “Mənim addımım” fraksiyasının üzvü Andranik Köçəryan söyləyib.

“Yəqin ki, biz Türkiyə ilə münasibətlər qurmaq haqda düşünməliyik, çünki bu- bölgənin ən böyük oyunçularından biridir. Mən sabah nə olacağını demirəm, riskləri qiymətləndirməliyik. Bu, sonunda qonşularla münasibətlərin tənzimlənməsinə gətirməli olan prosesdir. Əgər bu baş verməsə, nəticələri haqda heç bir təsəvvürümüz olmayan müharibələrə məhkumuq”, - deyə Köçəryan qeyd edib.
Onun sözlərinə görə, dövlətlər bir-biri ilə müharibə edir, kimsə qalib gəlir, kimsə məğlub olur, lakin bu o demək deyil ki, daim müharibə şəraitində yaşamaq lazımdır.

“Müharibəni uzaqlaşdırmağın ən yaxşı yolu münasibətlər və dialoqdur. Uzun müddətdir ki, bizim aramızda dialoq olmayıb. 90-cı illərdə Türkiyə ilə bəzi əlaqələr var idi”,-deyə deputat bildirib və əlavə edib ki, müstəqilliyini elan etdikdən sonra Ermənistanı ilk tanıyanlardan biri Türkiyə olub.

Xatırladaq ki, Köçəryan bir neçə gün öncə parlamentdə çıxışı zamanı Azərbaycanla diplomatik münasibətlər qurmağın vacibliyini bəyan eləmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR