İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə “sülhpərvər” çuxası geydi - iflas olan telefon diplomatiyası, yoxsa...

627 12.09.2023 12:03 Siyasət A A

Rəsmi İrəvanın destruktiv davranışları savaşı tətikləyir; Ankara ilə Bakı arasında hərbi əməkdaşlıq yeni fazaya adlayıb; Paşinyan xəbərdarlıqlardan dərs çıxarmasa...

Cəmi bir həftə öncə Qarabağ separatçılarını “müstəqillik günü” münasibətilə təbrik edən, Azərbaycanla sülh müqaviləsi mövzusunda səhər dediyi ilə axşam söylədiyi bir-biri ilə uzlaşmayan Ermənistanın baş naziri Nikol Paşinyan təzədən “sülh göyərçini” obrazına girib.

Xəbər verildiyi kimi, bu məqsədlə o, ötən şənbə bir nəfəsə 5 paytaxta (Paris, Vaşinqton, Tehran, Berlin, Tiflis) zəng edib. Gələn məlumatlara görə, Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib. Bu, onunla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı zamanı bəlli olub. Təbii ki, “iki bacı” yenə Azərbaycanın daxili işlərinə kobud müdaxilə edərək, uydurma “blokada”dan dəm vurub, Bakının ünvanına ittihamlar səsləndiriblər. Bununla yanaşı, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatda deyilir: “Nikol Paşinyan 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalara və bütün məsələlərin müstəsna olaraq diplomatik vasitələrlə və konstruktiv atmosferdə həllinə yanaşmaya sadiqliyini təsdiqləyib. Makron sərhədlərdə gərginliyin azaldılmasının vacibliyini vurğulayıb. Baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti ilə gərginliyin azaldılması istiqamətində təcili müzakirələr aparmağa hazır olduğunu bildirib”. Habelə qeyd olunub ki, Makron regionda sülh və sabitliyin bərqərar olması üçün səyləri dəstəkləməyə hazır olduğunu bildirib. İrəvan və Parisin “sülh səyləri”nin nədən ibarət olduğu isə hər kəsə məlumdur.

Gerçək belədir ki, N.Paşinyan Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyini tanıması barədə mövqeyindən faktiki imtina edib. Bunu ötən həftə Azərbaycan XİN rəsmən bəyan edib. Bakı Ermənistanın 180 dərəcəli mövqe dəyişikliyi və siyasi riyakarlığına görə yaranacaq qarşıdurmanın, sülh prosesinin sıfırlanmasının məsuliyyətini də haqlı olaraq İrəvanın üzərinə qoyub. Görünür, Azərbaycanın qəti mövqeyi kapitulyant ölkə və onun əsas havadarını qorxuya salıb. Bəs İrəvanın budəfəki sülh oyunbazlığı nəyə hesablanıb? Nikol ağıllanır, yoxsa bu, növbəti blefdir? Belə olduğu halda iki ölkə rəhbərinin xeyli öncə anons edilmiş sentyabr görüşü reallaşacaqmı? Göründüyü kimi, suallar çoxdur... Bu yerdə onu da qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Bakı ilə təcili danışıqlar üçün İrəvandan heç bir təklif almadıqlarını bildirib. Bundan əlavə, sentyabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Ərdoğan həmçinin sentyabrın 11-də Paşinyanla danışıq aparacağını söyləyib. Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel isə Hindistanda keçirilən G20 sammiti çərçivəsində görüş zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edib. Keçirilən brifinqdə isə cənab Ərdoğan Qarabağda qondarma seçkilərlə bağlı Paşinyana xəbərdarlıq edəcəyini, Ankaranın bunu neqativ qəbul etdiyini bildirib. "Ermənistanın Qarabağda atdığı addımlar düzgün deyil".

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Böyük İyirmiliy”in (G20) sammitinin yekunlarına həsr olunan mətbuat konfransında deyib. “Biz buna müsbət baxmırıq, bunu qəbul etmək mümkün deyil. Sabah (11 sentyabr - red.) böyük ehtimalla Paşinyanla (Ermənistanın baş naziri Nikol Paşinyan - red.) danışıqlar aparacağam. Bu məsələ ilə bağlı onlara xəbərdarlıq edəcəyik və belə bir seçkinin (Qarabağda qondarma seçkilər - red.) qətiyyən mümkün olmadığını bildirəcəyik. Onsuz da görüşdüyüm ölkə başçılarının heç biri bunu qəbul etmir” - Ərdoğan bildirib. “Bölgəni əmin-amanlığa çağırmaqdan başqa bir yol yoxdur” - Türkiyə lideri deyib. Dövlət başçısı hazırda Qarabağda baş verənlərin qəbuledilməz olduğunu və Ankaranın bunu müsbət dəyərləndirmədiyini əlavə edib.

Qeyd edək ki, Ermənistanın Qarabağla bağlı qeyri-konstruktiv davranışları Ankara-İrəvan təmaslarını da dondurub. Bundan əvvəl Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmişdi. Türkiyə lideri mediaya açıqlamasında demişdi ki, Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü tanıya biləcəkləri ilə bağlı son bəyanatı mühüm əhəmiyyət kəsb edirdi: “Təbii ki, bunu dərk etmək irəliləyişdir. Amma Ermənistanda Paşinyana qarşı çıxanlar da var. Paşinyan hələlik bu məsələdə geri addım atmayıb”.

Son davranışları ilə Paşinyan Türkiyənin gözləntilərini də sıfırlamış oldu. Belə bir durumda Türkiyə və Azərbaycan müdafiə nazirlərinin qarşılıqlı səfərləri, həmçinin 11 sentybarda Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfərə getməsi müxtəlif fikirlərə yol açır. Fransa və digər ölkələrin fətvası ilə Ermənistanın hərbi aktivliyinin artması, təxribatlar Şuşa Bəyannaməsinin işə düşməsinə gətirib çıxara bilər, kimi düşüncələr də var. Hesab olunur ki, Ankara ilə Bakı arasında hərbi əməkdaşlıq yeni fazaya adlayıb və Paşinyan xəbərdarlıqlardan dərs çıxarmasa, ölkəsini fəlakətlər gözləyə bilər... Ekspertlər nə düşünür, nə baş verir? Müharibə təhlükəsimi var?

Bakupost.az - Üzeyir Cəfərov polkovnik kimi hərbi xidmətə qayıtdı

Polkovnik: “Çox tezliklə bu bəhanələr və siyasi hoqqabazlıqlara da son veriləcək”

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan yenə öz ənənəvi “ampluasında”dır: “O, sutkanın 24 saatı ərzində az qala 10 dəfə müxtəlif, bəzən bir-birini tamam təkzib edən bəyanatlar, fikirlər söyləyir. 2 il idi ki, səsi çıxmayan Paşinyan, nədənsə sülh müqaviləsi imzalamaq əvəzinə, birdən-birə separatçılara "təbrik" məktubu imzaladı və bu vaxta kimi keçirilmiş bütün danışıqları heçə endirdi. Bununla da növbəti dəfə özünün necə qeyri-ciddi siyasətçi olduğunu bir daha bəyan etdi. Vəziyyəti gərginləşdirən və az qala silahlı toqquşmaya an qaldığı bir zamanda, yenə başlayıb “telefon dilənçiliyinə”. Bir gündə 5-10 dünya paytaxtlarına zəng edir və onlar vasitəsilə Azərbaycana ünvanlayır ki, guya bu təcili görüş istəyir və nə isə “önəmli” açıqlamalar verəcək. Əlbəttə ki, bu da növbəti bir hiyləgər gedişdir və əsl erməni xislətini sübut edir. Ona, sadəcə, vaxt lazımdır ki, bəzi işlərini həyata keçirsin. Çox təəssüfedici məqamlardan biri də odur ki, Paşinyanla telefon vasitəsilə, ya üzbəüz görüşən dünya dövlətlərinin rəhbərləri ondan qeyri-ciddi addımlara son qoymasını, silahlı erməni dəstələrini Qarabağdan təcili çıxartmasını tələb etmək əvəzinə, onun sərsəmləmələrinə daha çox diqqət ayırırlar". Ü.Cəfərov hesab edir ki, Ermənistanın hökumət başçısına inanmaq lazım deyil: “Biz öz işlərimizi davam etdirməli və həm Ermənistana, həm də separatçılara yönəlik qəti tələblərimizi səsləndirməliyik. Hər ötən gün biz həm Paşinyandan, həm də ona havadarlıq edən adamlardan müxtəlif hoqqabazlıqlar eşidirik və buna son qoyulmasının vaxtı çoxdan çatıb. Ermənilər "aclıq və TİR şousu" ilə də bir daha özlərini rüsvay etdilər. Bunlar bir ildir guya “acdırlar” və nədənsə nə “humanitar fəlakət”ləri var, nə də ölüm-itimləri. Hiyləgərliklərini daha da artırıb dünyadan özlərinə mal-mülk və maliyyə qaynaqları dilənirlər. Paşinyan da baş verənlərin fərqindədir və inanıram ki, çox tezliklə bu bəhanələr və siyasi hoqqabazlıqlara da son veriləcək".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son açıqlamalarına gəldikdə, polkovnik qeyd etdi ki, bütün regional proseslərdə qardaş Türkiyənin hər cürə iştirakı olub və olacaq: “Mənə elə gəlir ki, Müdafiə Nazirliyinin Baş Qərargah rəisinin Türkiyə səfəri zamanı keçiriləcək görüşlər və oradan verilən mesajlar da Ermənistanı Azərbaycanla növbəti toqquşmalara sövq edən dairələr üçün də bir çəkindirici fakor ola bilər. İstisna etmirəm ki, Ərdoğanın Paşinyanla telefon danışığında Ermənistanın avantüralardan çəkinməsi və növbəti faciələri yaşamaması üçün ermənilərin diqqətli olması mesaji da veriləcək”.

Beştərəfli görüş Azərbaycanın növbəti diplomatik qələbəsi ilə yadda qaldı”-Tural  İsmayılov

Politoloq: “Rəsmi İrəvan vəziyyəti gərginləşdirəcəyi təqdirdə Bakı buna misli ilə cavab verəcək”

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov istisna etmir ki, Ermənistanı qızışdıran xarici güclər var: “Həmin güclər regionda sülhün, sabitliyin olmasını istəmirlər. Buna görə də Ermənistan üzərindən öz maraqlarını təmin etməyə çalışırlar. Ermənistan hazırda sülhdən çox uzaqdır. Xarici ölkələrin maraqları naminə müharibəni gözə alan bir ölkə ilə necə sülh imzalamaq olar? Bundan başqa, rəsmi İrəvan mövcud reallıqların onun əleyhinə olduğunu yaxşı bilir. Buna görə də prosesləri süni şəkildə dəyişdirməyə çalışır. Nəzərə alsaq ki, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilmir, yekun sülh müqaviləsi imzalanmır, onda demək olar ki, geriyə bir variant qalır. Rəsmi İrəvan vəziyyəti gərginləşdirəcəyi təqdirdə Bakı buna misli ilə cavab verəcək. Yəni baş verə biləcək bütün hadisələrin məsuliyyətini Ermənistan tərəfi daşıyır”. Tural İsmayılov: “Bütün bunların da ən böyük günahkarı birmənalı şəkildə hazırkı Ermənistan hakimiyyətidir. Belə olduqda gərginlik hər an aktiv fazaya keçə bilər”. Baş verə biləcək bütün hadisələrin məsuliyyətini Ermənistan tərəfinin daşıdığını vurğulayan politoloq “Poliqon”a bildirib ki, Ermənistan hər bir fürsətdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü təhdid etməyə davam edir: “Ermənsitan hazırda sülhdən çox uzaqdır. Xarici ölkələrin maraqları naminə müharibəni gözə alan bir ölkə ilə necə sülh imzalamaq olar? Bundan başqa, rəsmi İrəvan mövcud reallıqların onun əleyhinə olduğunu yaxşı bilir. Buna görə də prosesləri süni şəkildə dəyişdirməyə çalışır. Nəzərə alsaq ki, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilmir, yekun sülh müqaviləsi imzalanmır, onda demək olar ki, geriyə bir variant qalır. Rəsmi İrəvan vəziyyəti gərginləşdirəcəyi təqdirdə Bakı buna misli ilə cavab verəcək. Yəni baş verə biləcək bütün hadisələrin məsuliyyətini Ermənistan tərəfi daşıyır. Çünki Ermənistan hər bir fürsətdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü təhdid etməyə davam edir. Hesab edirəm ki, buna görə də Ermənistan ciddi şəkildə bölgədə gərginləşdirici faktor kimi xarici güc mərkəzlərinin oyuncağı rolunu davam etdirir. Belə olduğu təqdirdə, həm sərhədlərin delimitasiya demarkasiyası, həm Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi ilə bağlı təəssüflər olsun ki, yetkin bir addım atıla bilmir. Bütün bunların da ən böyük günahkarı birmənalı şəkildə hazırkı Ermənistan hakimiyyətidir. Belə olduqda gərginlik hər an aktiv fazaya keçə bilər. Bu baxımdan da vəziyyət getdikcə daha da pisləşir və Azərbaycan öz təhlükəsizliyi naminə Ermənistanı növbəti dəfə cəzalandırmaq hüququnu özündə saxlayır.

T.İsmayılov Ərdoğan-Paşinyan danışığı, Ankaranın proseslərə aktiv müdaxilə imkanları barədə “Yeni Müsavat”a açıqlamasında bunları söylədi: “Türkiyə bu gün regional aktordur. Dünyadakı proseslər Türkiyəsiz təsəvvür edilə bilməz. Paşinyan üçün bir yol var, Türkiyə ilə anlaşıb, barış üçün real addımlar atmalıdır. Mən istənilən halda Ərdoğanla danışıqların müsbət nəticələnəcəyinə inanıram”.

Yazı dərc olunanadək hələ ki rəsmi məlumat açıqlanmayan cənab Ərdoğanın Paşinyanla telefon danışığına növbəti günlərdə qayıdacağıq...

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR