İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Tovmasyanı ifşa edir - Konstitusiya məhkəməsi üzvlərinin səlahiyyəti xətm olunacaq

511 06.02.2020 15:58 Son xəbər A A

Ermənistanda hakim “Mənim addımım” partiyası Ermənistanda Konstitusiya məhkəməsinin hakimlərinin səlahiyyətlərinin sonlandırılması haqqında parlamentə yeni qanun layihəsi təklif edib.

Məlum olduğu kimi, hazırda baş nazir Nikol Paşinyanla Konstitusiya məhkəməsinin sədri Hrayr Tovmasyan arasında ciddi münaqişə yaşanır və bu məsələ artıq siyasi böhrana dönüb. İqtidar təmsilçiləri köhnə rejimin son qalası sayılan Konstitusiya məhkəməsi və onun sədri Hrayr Tovmasyanla mücadiləsini 2018-ci idlən bu yana davam etdirirlər. Serj Sərkisyanın kadrı hesab olunan H.Tovmasyan isə hələ ki dirənməkdədir.

Bu günlərdə Ermənistan televiziyalarında Tovmasyanın hələ ədliyyə naziri olarkən saxta hərraclarla özü üçün İrəvanın mərkəzində mülklər əldə etdiyi barədə materiallar göstərilib. Baş nazir Nikol Paşinyan həmin reportajı öz facebook səhifəsində də yerləşdirib.

Artıq yeni qanunvericilik təşəbbüsü parlament iclasının gündəliyinə salınıb. Bu layihəyə sadəcə müxaifətdə olan “Çiçəklənən Emrənistan” və “İşıqlı Ermənistan” partiyaları qarşı çıxıblar.

Yeni qanuna əsasən artıq konstitusiyaya edilən düzəlişlər Konstitusiya məhkəməsinin rəyi alınmadan qəbul edilə biləcək. Bundan başqa, həmin düzəlişlərdə prezidentin də imzasının olması tələb olunmayacaq.

Qanunun başqa bir müddəası Konstitusiya məhkəməsinin üzvlərinin səlahiyyətlərinin bitirilməsini nəzərdə tutur. Bu barədə məsələ hakim partiyasnın 37 deputatının imzası ilə gündəmə salınıb.

Qeyd olunur ki, Paşinyana bu düzəlişi keçirmək üçün 88 depuatın səsi kifayət edir. “Mənim addımım” fraksiyasının isə parlamentdə 88 nümayəndəsi var.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR