İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Rusiyaya MEYDAN oxudu, Putinin QİSASI acı olacaq - CANLI

1562 07.11.2023 16:00 Son xəbər A A

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan MDB ölkələrinin təhlükəsizlik şuraları rəhbərlərinin noyabrın 8-də Moskvada keçiriləcək növbəti iclasında iştirak etməyəcək.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan deyib. Qərarın səbəbləri barədə məlumat verilmir. Amma bu, İrəvanın növbəti antiRusiya addımıdır.

Erməni şərhçi Karen Amburtsum yazır ki, Ermənistanda Putinin səhhətinin pisləşməsinə, siyasətdən çəkilməsinə ümid edirdilər. “Lakin bu gözləntilər özünü doğrultmadı. Putin yenidən seçkilərə gedir və qazanacağı sirr deyil.

Bundan sonra o, Ermənistandan qisas alacaq. Səbəb Nikol Paşinyanın Qərbə doğru qaçmasıdır, lakin bunun ağır nəticələri olacaq. Putin Ermənistanın Rusiyanın subyekti olmasını istəyir və buna nail olmağa çalışa bilər. Qorxaq Qərbin acizliyi də Ermənistanın cəzası olacaq”, - erməni şərhçi yazır.

Zəngəzurdakı erməni telekanalının jurnalist əməkdaşı Tiqranui Badalyan deyib ki, o, hər axşam yatmazdan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin çıxışları olan video-çəkilişlərə baxır. “Azadlıq” radiosunun Vaşinqton redaksiyasına müsahibəsində jurnalist bildirib ki, “düşmən ölkənin” dövlət başçısının çıxışlarına bu cür maraq ona “sabah müharibə olub-olmayacağını öyrənməyə” imkan verir.

Azərbaycan sentyabrda Qarabağ üzərində tam suverenliyini bərpa etdikdən sonra bir sıra Qərb nəşrləri və beyin mərkəzləri Zəngəzur dəhlizi üzərində yeni Ermənistan-Azərbaycan toqquşmalarının baş vermə ehtimalının yüksək olması barədə mütəmadi olaraq bəyanatlar verirlər.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlunun moderatorluğu ilə siyasi ekspertlər - Heydər Oğuz və İlyas Hüseynov müzakirə aparırlar.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR