İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan Qərbə güvənərək Azərbaycana qarşı təxribatçı çıxışlar edirdi" -Erməni mediası

548 09.08.2021 18:33 Son xəbər A A

"Paşinyan Qərbə arxalanaraq rəsmi Bakının qeyri-konustruktiv saydığı, çoxlu sayda təxribatçı açıqlamalar etdi. Lakin Qərb qarşısında güclənən Türkiyə amilini belə görə bilmirdi".

Avropa.info xəbər verir ki, bu haqda erməni mediasında Abbartsyum K. imzası ilə dərc olunan yazıda deyilir. Müəllif bildirir ki, Ermənistan baş naziri Nikol Paşinyan sələfləri Serj Sarkisyan və Robert Koçəryandan köklü şəkildə fəqrlənən siyasətçidir.

"Bəli, o, korrupsiya ilə mübarizə aparan və korrupsiyaya bulaşmış Serj Sarkisyanla, Robert Köçəryandan köklü şəkildə fərqlənən bir siyasətçidir. Nikol sənaye miqyasında oğurluq etmir. Amma onun dilantantlığı bizə sonda Ermənistanın ikinci və üçüncü prezidentlərinin korrupsiyasından qat -qat baha başa gəldi. O, dayanmadan rəsmi Bakını qəzəbləndirəcək təxribatçı açıqlamalar edirdi.

Erməni ordusunun həqiqi vəziyyətini təhlil edə bilmədi. Azərbaycanın əsl imkanlarını nəzərə almadı. Qərb qarşısında güclənən Türkiyə faktorunu nəzərə almadı. O, Qərbin "dərin narahatlıq keçiririk" bəyanatlarına üstünlük verəcəyini anlamırdı", deyə müəllif qeyd edir.

Erməni müəllif xüsusi həyasızlıqla, heç bir əlaqəsi olmadığı halda Rusiyanın 2018-ci ildə Gürcüstana hücumu ilə 2-ci Qarabağ Müharibəsini əlaqələndirməyə çalışaraq, "Qərbin Gürcüstan kimi Ermənistanı da yalnız buraxdığını" iddia edir.

"Paşinyan anlamalı idi ki, Ermənistandan əvvəl Gürcüstanın nümunəsi vardı. Orada da Qərb qorxaqlıq nümayiş etdirdi və Putinin Rusiyası ilə birbaşa hərbi qarşıdurmaya getmədi. Bu hadisə Nikola dərs olmalı və Ermənistanın gücünü qiymətləndirməli idi. Paşinyan Rusiyanın Cənubi Qafqazdakı ən əhəmiyyətli strateji müttəfiqini Qarabağda qorumayacağını da anlamalı idi", deyə yazıda bildirilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR