İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qazaxıstana niyə getmədi? - Növbəti təxribata hazırlıq, yoxsa..?

2577 27.09.2022 12:35 Yazarlar A A

Hazırda Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) sədrlik edir. Hardasa “bildirçinin bəyliyi” misalını xatırladır... Həmin bu sədri “adam yerinə” qoyan yoxdur. Vaxtilə qurumdakı baş katiblik postuna tamarzı qalan Ermənistanın sonrakı dönəmlərdə də sözünə-çağırışına məhəl qoyulmadı “Rus NATO”-sunda.

Sonuncu dəfə 13 sentyabrda Azərbaycana qarşı alçaq hücumlar təşkil etdi, burnu ovulduqdan sonra “qoymayın, türklər bizi öldürdü”-şivəni qopartdı. Amma KTMT ermənilərin başını aldatmaq üçün araşdırıcı missiya yolladı, gəlib şərti sərhəddən biz tərəfə boylandılar, qayıdıb getdilər. KTMT-dəki Qazaxıstan, Qırğızıstan kimi türk dövlətləri hər zaman olduğu kimi, bu dəfə də açıq mətnlə bəyan etdilər ki, Ermənistana hərbi qüvvə göndərməyəcəklər. Bu qurumda təmsil olunan dövlətlər - dövlət adına həqarət olan Ermənistan xaric - Azərbaycanın bölgədəki yerinə, roluna dəyər verirlər və onunla hesablaşırlar. Ermənistana görə niyə belə ölkə ilə münasibətlərinə xələl gətirsinlər ki? Azərbaycan Ermənistanın “sədrlik” etdiyi qurumda belə, rəsmi İrəvanın siyasətini alt-üst edə, erməniçiliyi diz çökdürə bilib, mağmın günə qoyub. Müqayisə düzgün olmasa da, xatırladaq: Azərbaycan Qoşulmayanlar Hərəkatına neçə ildir sədrlik edir, bu qurumdan daim dəstək alıb. Üstəlik, daha bir il ölkəmizin bu təşkilata sədrlik etməsi xahiş edilib...

Qayıdaq Ermənistana... Baxın, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçirilməli olan təlimindən imtina edib. Ölkənin Müdafiə Nazirliyi imtinaya səbəb kimi Azərbaycanla sərhəddəki vəziyyəti göstərib. KTMT-nin Qazaxıstan təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçiriləcək. Maraqlıdır, Azərbaycanla sərhəddə nə baş verəcək ki, Ermənistan KTMT-nin uzağı iki həftəlik təlimlərində qatılmaqdan vaz keçib? Əvvəla, Azərbaycan daim bəyan edir ki, dinc tənzimlənməyə üstünlük verir və müharibə tərəfdarı deyil. Elə 30 ilə yaxın davam edən danışıqlar da məhz rəsmi Bakının sülhə önəm verməsinin göstəricisi idi. Ermənistan hər dəfə xain təxribatlar törətsə də, Azərbaycan təmkinlə dinc danışıqlara çağırış edirdi. Hətta Aprel döyüşlərindən sonra da, Tovuz döyüşlərindən sonra da, 44 günlük savaşdan sonra da... Amma Ermənistan yenə də qanlı yolu seçdi, Azərbaycan ordusu “Qisas” əməliyyatı keçirdi ki, bəlkə düşmən dərs çıxara, faydası olmadı, sonuncu 13 sentyabr alçaqlığına əl atdı erməni faşistləri...

Bu gün də Azərbaycanın dövlət başçısı, xarici siyasət idarəsinin rəhbəri, digər rəsmilərimiz Ermənistanı nəhayət, ağıllanmağa, terrorçu davranışlara son verməyə, məsələləri masada həll etməyə, delimitasiya və demarkasiya prosesini reallaşdırmağa çağırır. Paşinyan xəritə istəyirdi, dövlətimizin başçısı dedi ki, 19-20-ci illərin xəritələri də var, hələ əvvəlki dönəmlərin də. Ermənilərin bütün bəhanələrini kəsmək üçün arqumentlərimiz, faktlarımız var. Üstəlik də biz sülh tərəfdarıyıq, savaş istəmirik. Amma düşmən savaşmaq istəsə, beşqat cavabını alacaq, 13 sentyabrdakı kimi. Cəmi 7 saatlıq döyüşdən sonra 200-dən çox əsgər meyitini qarşıladılar...

Azərbaycanın münasibətləri dinc yolla tənzimləmək niyyəti ortada varkən Ermənistan niyə belə həyəcanlıdır? Bəlkə ermənilər KTMT-dən küsüblər? Yoxsa Qazaxıstanın Ermənistana hərbi kontingent göndərməyəcəyi barədə net qərarı ermənilərin xətrinə dəyib? Bu da istisna deyil. Amma ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvanda ermənilərin qulağına nə pıçıldadısa, dərhal parlament sədri Simonyan KTMT-nin üzərinə hücuma keçdi, KTMT-yə qarşı aksiyalar başladı. Paradoksal haldır, Ermənistan bir tərəfdən KTMT-nin “araşdırma missiyası”nı Göyçə-Zəngəzur bölgəsinə dəvət edir, Azərbaycandan şikayətlənir, eyni vaxtda da “Fransa” meydanında anti-KTMT aksiyasına start verilir... Bu, nə siyasət, nə əxlaq, anlamaq çətindir. Bəzi ermənilər özləri də nəhayət, reallığı anlayırlar və erməni dilində belə, bu siyasətə ad qoymağa çətinlik çəkirlər. Buyurun, erməni ictimai-siyasi xadim Avetik Çalabyan “Ermənistanla prinsipsiz fahişə kimi davranmağa başlayacaqlar”-deyib. Düzdür, o, öz fikirlərini başqa mövzuda deyib, amma nə fərqi?

Beləcə, artıq ikinci gündür ki, Ermənistanın sədrlik etdiyi KTMT-nin Qazaxıstandakı hərbi təlimləri başlayıb, amma erməni əsgəri bu təlimlərə uzaqdan baxır, “KTMT sədri” Nikol Paşinyansa Parisdə Makronla qucaqlaşmağındadır. Ermənistan müdafiə naziri Suren Papikyanın sentyabrın ilk həftəsini ABŞ-da keçirməsini də unutmayaq...

Bu ilin sonunda “bildirçinin bəyliyi” başa çatacaq, Ermənistan KTMT-dəki sədrliyi Belorusa təhvil verəcək. Amma bu qurumda nə ilə yadda qaldı? Heç nə ilə...Hətta təlimlərimizə belə, qatılmadı, deyəcəklər. Ermənistanın Azərbaycanla sərhəddəki vəziyyəti “əsas” gətirməsi nağıldır. Əvvəla, sərhəd hələ mövcud deyil, Ermənistan da sərhəd dəqiqləşməsinə getmək istəmir. Davam edən gərginlik və rəsmi İrəvanın son iddiaları onu deməyə əsas verir ki, Ermənistan növbəti təxribatlara əl atmağa hazırlaşır. Ermənistanın sınıq-salxaq ordusu üçün görünür hər bir əsgər önəmlidir, ona görə də növbəti xain hücum ərəfəsində hərbçilərini Qazaxıstana yollamaq istəməyib. Elə Nikol Paşinyanın Fransa prezidenti ilə görüş zamanı növbəti təxribatçı fikirlər söyləməsi, Azərbaycanı “Dağlıq Qarabağ”la danışıqlara çağırması qarşıdakı gərginliyin anonsu sayıla bilər. Gərginlik bölgəyə “həmsədr” qiyafəsində daxil olmaq istəyən paytaxtlara da sərf edir. O da istidna deyil ki, “Soros uşağı” Qərbdəki havadarlarını “baxın, mən Ukraynanı işğal edən Rusiya ilə bir yerdə deyiləm və KTMT təlimlərindən imtina etmişəm”-arqumentinə inandırmaq istəyib. Erməni oyunbazlığı davam edir...Görək Rusiya və KTMT-nin Ermənistana cavabı necə olacaq...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR