İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qarabağdan gedənlərə yeni vəd verdi – nələr gözlənilir? – Kamran Həsənli ilə Sevinc Telmanqızı CANLIda

747 23.10.2023 15:56 Son xəbər A A

Qarabağdan köçən qardaş və bacılarımız üçün prioritet xərcləri qarşılamaq məqsədilə yeni maliyyə yardımı proqramına başlayırıq.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbuk səhifəsində deyib.

“Noyabr və dekabr ayları ərzində yaşayış və kommunal xərclər üçün nəzərdə tutulmuş vəsaitdən əlavə dövlət büdcəsindən hər bir şəxsə 50 min dram (təxminən 120 dollar) ayrılacaq. İstisna bank hesabında müəyyən həddi aşan, dövlət tərəfindən təmin edilmiş sığınacaqlarda yaşayan və ya dövlət qayğısı altında olan şəxslər və onların ailə üzvləri olacaq”, - o bildirib.

Paşinyan qeyd edib ki, Qarabağdan köçənlərə uzunmüddətli mənzil təminatı məsələlərini müzakirə etməyə başlayacağıq:

“Ümid edirəm ki, Qarabağdan olan “məcburi köçkün” qardaş və bacılarımız yaxın iki ay ərzində Ermənistanda iş tapacaqlar. Təbii ki, hökumət də bu məsələdə mümkün tədbirlərə kömək edəcək”.
Ermənistan mətbuatı isə qeyd edir ki, dövlətin verdiyi mənzildə məskunlaşan vətəndaşlar pul almayacaq, öz hesabına mənzil kirayə tutanlar isə alacaqlar.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənli ilə Sevinc Telmanqızının təqdimatındakı Kamranla 1 verilişində müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR