İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qarabağ separatçılarına sərt cavab verdi: "Bizim işimizə qarışmayın..."

1330 08.05.2019 16:51 Region A A
 

Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın indiki və keçmiş qondarma “liderlərinin” eks-prezident Robert Köçəryanın həbsxanadan buraxılması, onun Şuşanın işğalı münasibətilə keçirilən mərasimlərdə iştirakına icazə verilməsi haqda çağırışını rədd edib.

Virtualaz.org erməni KİV-lərinə istinadən  xəbər verir ki, Paşinyan bu haqda jurnalistlərlə söhbətində danışıb.

“Mən hesab etmirəm ki, Dağlıq Qarabağ hakimiyyəti hansısa formada Ermənistanın daxili işlərinə qarışa bilər. Və ümumiyyətlə heç kim bunu edə bilməz-Ermənistan müstəqil, suveren ölkədir”-o Bako Saakyanın və Arkadi Qukasyanın çağırışına cavab olaraq bildirib. 

Paşinyanın sözlərin görə, Saakyanın və Qukasyanın Ermənistanın baş prokuroruna ünvanladıqları məktubda bəhs edilən “milli birlik” məsələsi də baş tutan deyil. Çünki dövlət vəzifələrində olanların qohumları və ailə üzvləri milyonçuya çevrilirsə belələri ilə milli birlikdən söhbət gedə bilməz.

“Serj Sərkisyan hələ də bu suala cavab verməyib ki, nəyə görə onun ailəsi milyonçu olub, amma əsgər yeməyə çörək tapmayıb. Mən belələri ilə bir ola bilmərəm. Elə şeylər var ki, mən onları bağışlamaram. Bu haqda danışmayacam, amma bağışlamaq fikrim də yoxdur. Mən ailələri milyonçu olan məmurlarla bir ola bilmərəm”-o qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR