İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan Qalstanyanın bütün addımlarını şəxsən izləyir”

785 22.05.2024 16:18 Siyasət A A

"Ermənistanın Baş naziri Nikol Paşinyan "Vətən naminə Tavuş" hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın bütün addımlarını şəxsən izləyir".

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb. 

"Paşinyan saatlarla kompüter arxasında əyləşir və yaxud telefonla canlı yayımları izləyir, Qalstanyanın açıqlamalarını, şərhlərini dinləyir", - deyə qəzet yazıb.

Bildirilir ki, Paşinyan Qalstanyanın açıqlamalarını dinlədikdən sonra bunlara necə reaksiya verməklə bağlı hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvlərinə göstərişlər verir.

Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR