İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan həbs olunmasa, erməni zabitin atası özünü yandıracaq- TƏLƏB

685 25.04.2022 14:12 Region A A

 

“Ermənistan Baş Prokurorluğundan və Milli Təhlükəsizlik Xidmətindən respublikanın baş naziri Nikol Paşinyanın həbsini tələb edirəm”.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bunu aprelin 25-də Azadlıq meydanında jurnalistlərə müsahibəsində baş leytenant Levon Avetisyanın atası Misak Avetisyan deyib. Qeyd olunur ki, zabit L.Avetisyan 44 günlük müharibə zamanı Mataqisdə həlak olub.

“Bu yaramaz məxluq müharibəni dayandıra biləcəyini iddia etdi. Şərtlər belə olardı, amma davam etdi... Ola bilsin ki, daha güclü insanlar var, amma mən belə deyiləm. Ermənistanın necə parçalanmasına baxa bilmirəm. Bu səbəbdən ekstremal addım atmağa qərar verdim. Mayın 8-nə kimi aclıq aksiyası keçirəcəm. Ermənistan Baş Prokurorluğuna və MTN-ə müraciət etmək istəyirəm. Baş nazir kürsüsünə oturmuş bu düşmən agentini, satqını həbs etməlidirlər. Artıq belə yaşaya bilməzsən”, - deyə zabitin atası bildirib.

M.Avetisyan mayın 8-dək hüquq-mühafizə orqanlarının Paşinyanı həbs edəcəyinə ümid etdiyini bildirib. Əks halda o, Respublika meydanında özünü yandıracağını elan edib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR