İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan hakimiyyəti ilə konstitusiya məhkəməsi arasında müharibə davam edir

354 18.10.2019 17:10 Son xəbər A A

Ermənistanda Paşinyan iqtidarı ilə Köçəryan-Sərkisyan rejiminin son qalıqlarından saylan konstitusiya məhkəməsinin sədri Hrayr Tovmasyan arasında savaş davam edir.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları indi də onun əleyhinə “hakimiyyətin qəsb edilməsi faktı” üzrə cinayət işi açıblar.

Xatırladaq ki, bu ilin oktyabr ayının 4-də Ermənistan parlamentinin deputatları hakim “Mənim addımım” partiyasının təəbbüsü ilə Hrayr Tovmasyanın istefaya göndərilməsi barədə qərar qəbul etmişdilər. Lakin Konstitusiya məhkəməsi həmin qərarı dəstəkləməmiş və nəticədə əvvəlki sədr öz postunda qalmışdı.

İndi Paşinyan tərəfdarları Tovmasyanı qovmaq üçün başqa üsullara əl atmağa məcbur olub. Ermənistan parlamentinin deputatı Arman Babacanyan Baş prokurorluğa məktub göndərərək Hrayr Tovmasyanın ümumiyyətlə konstitusiya məhkəməsinin başına gətirilməsinin qanunsuz olduğunu və beləliklə onun hakimiyyətin önəmli qolunu qəsb etdiyini bildirib. Arman Babacanyanı sözlərinə görə, daha öncə Serj Sərkisyanın Respublika partiyasından parlament üzvü olan Hrayr Tovmasyanın deputatlıq səlahiyyətlərinə heç bir əsas göstərilmədən son verilib.

Prokurorluq bu məsələni diqqətə alaraq ERP-nin ofisində axtarış aparıb və müvafiq sənədləri müsadirə edib.
Bundan başqa, Hrayr Tovmasyanın ailə üzvləri də istintaqa cəlb edilib.

Dünən və bu gün onun 75 yaşlı atası Vardan Tovmasyan atası və qızları Milli Təhlükəsizlik Xidmətinə çağırılıblar.
Təhlükəsizlik xidmətini əməkdaşları Vardan Tovmasyandan evinin damını hansı pulla tikdiyini soruşublar.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR