İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan: “Ermənistan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflərini təqdim edib”

654 22.12.2022 16:05 Region A A

“Ermənistan Azərbaycana sülh müqaviləsi ətrafında öz təkliflərini təqdim edib və biz bu məzmunda onu imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın da reaksiyası müsbət olacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu dekabrın 22-də Ermənistan hökumətinin iclasında baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, bir neçə ay əvvəl erməni tərəfi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyanın gələcək işi ilə bağlı öz təkliflərini Bakıya təqdim etsə də, hələlik cavab almayıb. Bundan başqa, rəsmi İrəvan regional kommunikasiyaların işinin bərpası ilə bağlı öz təkliflərini Azərbaycana çatdırıb.

Nikol Paşinyan  Azərbaycan ordusunun “Ermənistan ərazisi” adlandırdığı torpaqlardan çıxması tələbini bir daha təkrarlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR