İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan “dəmir yumruğa” çarə tapa bilmədi: Rusiya və KTMT Ermənistanı dəstəkləmədi

6707 13.09.2022 19:58 Analitika A A

Rusiya-Ermənistanın münasibətlərində əsas çatlar məhz ABŞ xüsusi xidmət servisi – CİA şefinin İrəvana müəmmalı səfərindən sonra dərinləşdi və indi bunun real nəticələri müşahidə edilir... Kremldə anladılar ki, Ermənistan artıq Rusiyaya hər an aşıq xəyanət etməyə hazırdır, bu səbəbdən də dönük forpost ucbatından Azərbaycan və Türkiyə ilə qarşıdurma yolverilməzdir...

Azərbaycan-Ermənistan sərhəd bölgəsində baş verən silahlı toqquşmalar qətiyyən gözlənilməz xarakter daşımır. Çünki, Ermənistan ordusu son həftələrdə davamlı olaraq, hərbi təxribatlar törədirdi. Rəsmi Bakı isə buna mümkün qədər səbrli yanaşmağa çalışırdı, xəbərdarlıq edirdi.

Ancaq rəsmi Bakının səbri ölçüsüz deyildi və nə vaxtsa, sona çatmalı idi. Nəticədə rəsmi Bakının səbri nəhayət ki, sona çatdı və Azərbaycan ordusu Ermənistanın uzun müddətdən bəri davam edən hərbi təxribatlarına sarsıdıcı əks zərbələr ilə cavab vermək məcburiyyətində qaldı. Və bununla da Ermənistan ordusu həm canlı qüvvə, həm də hərbi texnika baxımından ağır itkilərə məruz qaldı.

Təbii ki, rəsmi İrəvan yenı də vərdişlərinə sadiq qaldı və Ermənistanın biabırçı məğlubiyyətə uğradığı 44 günlük II Qarabağ savaşı dövründəki kimi davrandı. Belə ki, rəsmi İrəvan dərhal hay-küy qaldırdı, beynəlxalq himayədarlarına şikayət etməyə başladı. Yəni, rəsmi İrəvan kimlərəsə, ümid bəsləyib, törətdiyi hərbi təxribatlara qarşılıq olaraq, aldığı “dəmir yumruq” zərbəsindən sonra kənardan dəstək axtarır.

1661409677.jpg (38 KB)

Ermənistanın baş naziri Nikol Paşinyan yenə də bütün gecəni telefon aparatı arxasında keçirib. Erməni baş nazir Kreml sahibi Vladimir Putinə, Fransa prezidenti Emmanuel Makrona, ABŞ dövlət katibi Entoni Blinkenə və s. durmadan telefinla zəng edib. Nəticələr də artıq təxminən məlumdur.

Rusiya prezidenti V.Putinlə telefon danışığı isə sadəcə, “operativ əlaqəni davam etdirmək” anlaşması ilə yekunlaşıb. ABŞ-ın dövlət katibi E.Blinken də hər iki tərəfi silahlı əməliyyatları dərhal dayandırmağa çağırmaqla, kifayətlənib. Fransa prezidenti E.Makron isə Azərbaycan və Ermənistan sərhədlərində baş verən silahlı toqquşmalarla bağlı BMT Təhlükəsizlik Şurasının toplantısını çağıracağını vəd edib.

Göründüyü kimi, Ermənistanın beynəlxalq himayədarlara olan ümidləri də doğrulmur. Ona görə də, rəsmi İrəvanın Rusiya və KTMT-na müttəfiqlik müqavilələrini xatırladaraq, Ermənistanın ərazi bütövlüyünün təmin edilməsi barədə müraciətinin də müsbət nəticə verəcəyi qətiyyən inandırıcı görünmür. Və bu baxımdan, Paşinyan hakimiyyəti nəhayət ki, aldığı “dəmir yumruq” zərbəsindən doğru nəticələr çıxarıb, hərbi təxribatlardan imtina etməlidir, vaxt itirmədən sülh sazişini imzalamalıdır.

1601208156_20200927_160128.jpg (263 KB)

Əks halda, Ermənistanı “dəmir yumruq”dan dünyada heç kim xilas edə bilməyəcək. Rusiya siyasi dairələrindən verilən reaksiyalar da bunu təsdiqləyir. Belə ki, Kremlə yaxın politoloq Sergey Markov silahlı toqquşmaların bərpa edilməsinin səbəbini Ermənistanın üçtərəfli anlaşmaları yerinə yetirməməsi ilə izah edir. O, bildirib ki, Ermənistan hələ öz hərbi birləşmələrini Azərbaycanın Qarabağ bölgəsindən tam çıxartmayıb. Və bütün bunlar iki ölkə arasında real hərbi toqquşmalara səbəb yaradır.

Ermənistan mətbuatına açıqlama verən ermənipərəst politoloq Modest Kolerov isə rəsmi İrəvanın davranışlarına daha konkret münasibət bildirib. Onun fikrincə, rəsmi İrəvanın Azərbaycana qarşı Rusiyanın qəzəbinə nail olmaq cəhdləri reallıqdan uzaqdır. Çünki, Rusiya ermənilərin əvəzinə Ermənistanı müdafiə etməyəcək.

Ermənipərəst politoloq hesab edir ki, Paşinyan hakimiyyətinin Rusiyaya Ermənistanın ərazi bütövlüyünün təmin edilməsinə dəstək xahişinin də müsbət nəticə vermək ehtimalı yoxdur. Çünki, bu müraciətin müsbət cavablandırılması üçün ilk növbədə iki ölkə arasında normal sərhədlərin olduğunu da cüsut etmək lazımdır. Halbuki, hazırda delimitasiya və demorkasiya prosesi realladırılmadığından real sərhədlər dəqiqləşdirilməyib. Və Rusiya bu baxımdan, Rusiya Ermənsitana dəstəyi hüquqi cəhətdən əsaslandıra bilməz.

IMG_20201028_203823_628.jpg (113 KB)

Eyni zamanda, Paşinyan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bağladığı ümidlər də elə bir ciddi əhəmiyyət daşımır. Çünki bu qurumda bütün qərarlar konsensus əsaslarla qəbul edilir. KTMT üzvələrinin mütləq əksəriyyəti isə məhz Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malidir. Elə rəsmi İrəvan da bu reallığı bilməmiş deyil. Ona görə də ehtimal olunur ki, Paşinyan hakimiyyəti KTMT-ya müraciət etməklə, gələcəkdə bu qurumdan çıxmaq üçün səbəblər yaratmağa çalışır.

Göründüyü kimi, Ermənistanın mövcud vəziyyətdən çıxış şansları o qədər də geniş deyil. Rusiya ilə münasibətlər ciddi şəkildə pozulub. ABŞ və Fransanın dəstəyi isə indiki situasiyada qətiyyən effektiv deyil. Ona görə də, rəsmi İrəvanın “xaotik xarici siyasət kursu”nu iflasa uğramış hesab etmək olar.

Onu da qeyd etmək lazımdır ki, Rusiya ilə Ermənistanın münasibətlərində əsas çatlar məhz ABŞ xüsusi xidmət servisinin – CİA-nin şefinin İrəvana müəmmalı səfərindən sonra yarandı. Kremldə anladılar ki, Ermənistan artıq Rusiyaya hər an aşıq xəyanət etməyə hazır olan ölkədir. Ona görə də, Kreml Rusiyanın dönük forpostu ucbatından Azərbaycan və Türkiyə ilə problemlər yaratmağa həvəsli deyil. Və ABŞ-Fransa cütlüyü üçün Cənubi Qafqazda baş verən hərbi-siyasi proseslərə təsir imkanları hələlik ümidverici olmadığından bunun Ermənistana hansı təhlükələri vəd etdiyini anlamaq çətinlik törətmir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR