İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan bu il hakimiyyətdən gedir - erməni müxalifəti ANONS VERDİ – Kamran Həsənli CANLIda

447 08.02.2024 16:09 Son xəbər A A

Yaxın vaxtlarda Ermənistanda hakimiyyət dəyişikliyi mümkündür.

Bunu erməni politoloq Suren Surenyants deyib. O hesab edir ki, bu il hakim siyasi qüvvə üçün sonuncu il ola bilər:

“Paşinyanın Azərbaycanın gündəminə xidmət edən yeni Konstitusiya ilə bağlı xəbərlər fonunda populyarlığı sürətlə azalır, onun hərəkətləri və bəyanatları getdikcə adekvatlığını itirir. Bu kontekstdə üç mümkün ssenari gözlənilir. Proseslər Paşinyanın şəxsi təhlükəsizliyindən ehtiyat edərək ölkəni tərk etməsinə səbəb ola bilər. O və partiyası növbədənkənar seçki nəticəsində uğursuzluğa düçar olar. Hakim qüvvənin siyasəti yeni müharibəyə və yeni fəlakətlərə gətirib çıxara bilər ki, bu da istənilən halda Paşinyanın hakimiyyətdə qalmasını şübhə altına alacaq. Bu il hakimiyyət üçün sonuncu il olacaq. Ermənistanda Konstitusiya islahatı həmişə hakim qüvvə üçün fəlakətə çevrilib. Keçmişdən misalları yada salaq, 2015-ci ilin eyni Konstitusiya islahatı nəticədə üçüncü prezidentin istefasına gətirib çıxardı. Güman etmək olar ki, ilin ikinci yarısında Paşinyan ətrafında beynəlxalq konsensus pozulacaq. Yeri gəlmişkən, 2021-ci ildə o, bu konsensus sayəsində seçkidə qalib gəlib. Və konsensusu pozmaqdan hakimiyyəti dəyişməyə qədər yarım addım var”.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz.

Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR