İnsanlara hürriyət, millətlərə istiqlal!

Partlayış zamanı təxliyə olunmuş kənd sakinləri yaşayış yerlərinə qaytarılıb

1534 27.08.2017 19:31 Son xəbər A A

Bu gün səhər saatlarında Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayışlar səbəbindən yaxın ərazilərdən təxliyə olunmuş kənd sakinləri artıq daimi yaşayış yerlərinə qaytarılıblar.

"Report" xəbər verir ki, bu barədə Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin hadisə ilə bağlı AZƏRTAC-a daxil olan əlavə məlumatında bildirilir.

Silah anbarında yanğın nəticəsində partlayış baş vermiş əraziyə yaxın Giləzi, Sitalçay və digər yaşayış məntəqələrindəki əhali təxliyə olunmuşdu.

Prezident İlham Əliyevin tapşırığına əsasən prosesə cəlb edilmiş müvafiq qurumlar tərəfindən görülmüş kompleks təxirəsalınmaz tədbirlər nəticəsində saat 17 radələrində yanğın lokallaşdırılaraq digər ərazilərə keçməsinin və partlayışların geniş vüsət almasının qarşısı alınıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR