Partlayış baş verən kəmərdə qazın ixracı bərpa olundu
“Partlayışla əlaqədar Türkiyəyə qaz ixtracı dayandırılan Bakı-Tbilisi-Ərzurum kəmərinin fəaliyyəti bərpa edilib”.
Bu sözləri ANS PRESS -ə açıqlamasında kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
Tamam Bayatlı həmçinin onuda bildirdiki, kəmərin Azərbaycan və Gürcüstan hissələrinə "BP-Azerbaijan" şirkəti nəzarət etdiyi üçün bu hissənin təhlükəsizlik məsələlərini biz həll edirik. Amma Türkiyə hissəsinin təhlükəsizliyinə “BOTAŞ” şirkəti cavabdehdir.
Avqustun 25 də Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars şəhərinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. Qaz kəmərinə PKK terrorçuları hücum edib. Terror hücumu nəticəsində partlayış baş verib.






