İnsanlara hürriyət, millətlərə istiqlal!

PARTİZAN DƏSTƏSİ İLƏ BAĞLI AVROPADAN YAZIYA REAKSİYA GƏLDİ

2749 27.04.2011 08:28 Ölkə A A
Dünən isə adıçəkilən şəxs, “Azərbaycanın Dostlari” Cəmiyyətinin sədri olan Elman Mustafazadə «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğluna məktub yazıb. Məktubda bildirilir:
“Hörmətli Rauf bəyə salam! Öncə Sizə və rəhbəri olduğunuz ”Yeni Musavat" əməkdaşlarına səmimi sayğılarımı qəbul edin. Sizin qəzetdə Azərbaycanda partizan dəstəsi yaranması barədə yazı gedib. Həmin yazıda bildirilir ki, guya bu sayt Hollandiyada mənim adıma yaradılıb. Bu məlumta mən ilk dəfə facebookda rast gəldim və müzakirələrdə iştirak edərək, inanmadiğımı bildirdm. İkincisi də bildirdim ki, belə bir dəstə yaranırsa, nə üçün reklam olunmalıdır. Sizin qəzetdə gedən məqalədə isə bildirilir ki, bu sayt mənim adımdan Hollandiyada qeydiyyatdan kecib.
Hörmətli Rauf bəy, Sizə bildirirəm ki, bu, mənə qarşı təxribatdir! Men nəinki göstərilən vaxtda, ümumiyyətlə www.xudaferin.eu saytından başqa adıma heç bir domen qeydiyyatdan kecirməmişəm və bu məsələdən xəbərim yoxdur. Kimsə mənə qarşı sübhe oyatmaq üçün artıq ikinci dəfədir belə bir çirkin formada istifadə edir və adımdan bu domeni (www.qaplanlar.com) qeydiyyatdan keçirib.
Həm Sizdən, eləcə də internet texnologiyasından anlayışı olan dostlardan, bu məsələni kökündən araşdırıb lazımi orqanlara məlumat vermələrini, günahkarların, saxtakarların və pis niyyətli xəbislərin aşkarlanıb cəzalandırılmasını xahiş edirəm".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR