Partiyası Yanukoviçi cinayətkar adlandırdı
Ukrayna parlamentində Regionlar Partiyasını təmsil edən deputat fraksiyası Maydan hadisələri zamanı baş vermiş insan itkilərinə görə məsuliyyəti Viktor Yanukoviç və onun ətrafının üzərinə qoyub. Musavat.com-un Ukrayna mətbuatına istinadən verdiyi məlumata əsasən, bu barədə fraksiyanın yaydığı bəyanatda deyilir.
“Ukrayna aldadıldı və qarət edildi. Ancaq bütün bunlar hər iki qarşıdurma tərəfindən öz yaxınlarını itirmiş onlarla ukraynalı ailənin üzləşdiyi üzüntü ilə müqayisədə heç nədir. Ukraynanı satdılar, insanları isə alın-alına toqquşdurdular. Milyonluq partiya bir korrupsiyalaşmış ailənin girovuna çevrildi. Biz, Ali Radada Regionlar Partiyasının fraksiyası və partiyadaşlarımız insan qurbanlarına, büdcənin boşalmasına, nəhəng borclara, Ukrayna xalqı və dünyanın gözü qarşısında rüsvayçılığa gətirən, nəticədə ölkəmizi uçurumun qırağına, parçalanma təhlükəsi və öz suverenliyini itirmək həddinə aparıb çıxaran cinayətkar əmrləri qəti şəkildə pisləyirik, ”, - deyə bəyanatda bildirilir.
Musavat.com






