İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiya, redaksiya və QHT-lərdə karantin günləri – açıqlama

764 23.06.2020 13:14 Gündəm A A

Təşkilatlar fəaliyyətsiz qalmamağa çalışır, redaksiyalara məhdud sayda əməkdaşlar gəlir, digərləri evdən işləyir...

Azərbaycanda iyunun 21-dən etibarən gələn ayın 5-nə qədər koronavirusla bağlı xüsusi karantin rejimi tətbiq olunub. Bu müddət ərzində partiyaların qərargahlarının, redaksiyaların, eləcə də QHT-lərin ofislərinin açıq olub-olmayacaqları, onların necə fəaliyyət göstərəcəkləri ilə maraqlandıq.

ALDP rəhbəri Fuad Əliyev işlərini davam etdirdiklərini söylədi: “Yenidən iki həftəlik karantin rejimi elan olunmasına baxmayaraq, biz ALDP olaraq tam fəaliyyətsiz qalmamağa çalışırıq. Təbii ki, bunu özümüzün və digərlərinin sağlamlıqlarını təhlükəyə ata biləcək karantin şərtlərini pozmamaq şərti ilə edirik. Müasir texnologiyaların yaratdığı imkanlardan istifadə edərək, artıq ənənəvi onlayn iclasları keçiririk. Buna baxmayaraq, həm mən, həm də partiya rəhbərliyinə daxil olan şəxslər imkan olduqca partiyanın ofisində də oluruq. Amma partiya üzvlərimizə qərargaha gəlməyə yasaq qoymuşuq.

ALDP sədri Fuad Əliyev:“Ehtimal var ki, növbədənkənar parlament ...

Bir daha qeyd edirəm ki, ALDP üçün hazırda ən vacib məsələ xalqımızın sağlamlığı və təhlükəsizliyidir. Odur ki, bu istiqamətdə üzərimizə düşəni edirik və bundan sonra da edəcəyik. Artıq xəstəxanalarda yer olmadığına görə koronavirus xəstələri də qəbul etmirlər, deyirlər ev şəraitində müalicə alın. Ona görə karantin şərtlərinə qeyd-şərtsiz əməl etməyi vətəndaşlardan xahiş edirəm”.

AĞ Partiyanın başqan müavini “Kapitalbank”a görə cərimələndi ...

AĞ Partiyanın başqan müavini Rüfət Hacıbəyli: “Partiyamızın qərargahı hazırda işləyir. Əvvəlki günlərə nisbətən az olsa da üzvlərimiz gəlir. AĞ Partiya rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti karantin günlərində Bakı şəhərində olacaqlar. Partiyanın qərargahında iclaslarımızı və tədbirlərimizi karantin qaydalarına uyğun olaraq keçiririk”.

VHP Ümumi Şöbəsinin müdiri Şəfəq Qulusoy toplantıları təxirə saldıqlarını bildirdi: “Vətəndaş Həmrəyliyi Partiyası karantin rejiminin tətbiqi ilə əlaqədar partiyanın bütün toplantılarının təxirə salınması haqqında qərar qəbul edib. Hər hansı bir məsələ ilə bağlı müzakirə aparmaq, qərar vermək üçün lazım olduqda onlayn qaydada müzakirələr aparılır və müvafiq qərarlar qəbul edilir. Fəaliyyətimizi təbii ki, məhdudlaşdırmışıq. Qərargahda yalnız Mərkəzi İcra Aparatının rəhbəri və işlər müdiri əyləşir, digər əməkdaşlar isə karantin müddətində işə gəlməkdən azad edilib. Ola bilsin ki, bu karantin müddətində, ondan sonrakı müəyyən dövrdə də partiyanın fəaliyyəti məhz bu şəkildə həyata keçiriləcək”.

Ä°lgili resim

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Qəzetimizdə işlər əvvəlki qaydada davam etdirilir. Təbii ki, müəyyən tədbirlər görmüşük. Əməkdaşlarımız işə çıxırlar. Elə bir problem yoxdur. Hamısı əmək müqaviləsi ilə işləyən insanlardır. Onların hər birinin elektron icazələri var. Qəzet işini davam etdirir, saytımız isə operativ şəkildə yenilənir. Ciddi bir problemimiz yoxdur”.

ələsgər əmi.JPG (38 KB)

“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanlı bildirdi ki, redaksiyaya günün məsul redaktoru və məhdud sayda müxbirlər gəliblər: “Digər əməkdaşlar evdən çalışırlar. Redaksiyaya minimal sayda əməkdaşın gəlməsinə qərar vermişik. ”Yeni Müsavat" qəzeti əvvəlki qrafik üzrə çap olunacaq, Musavat.com saytı da ənənəvi qaydada - operativ şəkildə fəaliyyətini davam etdirir".

Rəfail Becanov: “Namizədlik olacaqsa, düşündüyüm dairələr var ...

“Cümhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov işlərinin davam etdiyini qeyd etdi: “Təbii ki, karantinin diskomfortu, bütün heyətlə işləmək imkanlarının məhdudluğu müəyyən problemlər yaradır. Amma çalışırıq ki, karantin qaydalarına riayət edək. Hesab edirik ki, hər bir kəs bunu etməlidir. Qaydalara və tövsiyələrə uyğun olaraq, bütün əməkdaşlarımızı redaksiyadan işə cəlb etməməyə çalışmışıq. Pandemiyanın tüğyan etdiyi bir zamanda əsas hədəf qaydalara riayət etmək və minimum imkanlarla maksimum iş görməkdir. Düşünürük ki, əməkdaşlarımızı qorumaqla cəmiyyəti də qorumuş oluruq. Jurnalistlər üçün redaksiyadan kənar işləmək minimum imkanlarla mümkün olsa da, texniki işçilər üçün bu çətindir. Ona görə kimlər işini evdən idarə edə bilərsə, onların evdə qalmasını təsbit edirik. Texniki işlərimiz isə redaksiyadan idarə olunur, nə qədər çətin olsa da, bölgü prinsipi ilə işləyirik. Ümumi götürdükdə isə karantinli günlər hesab edirik ki, işimizə təsirsiz ötüşməyəcək. Əsas da ”Cümhuriyyət" qəzeti olaraq, oxucu itkisi ilə üz-üzə qalacağıq. Çünki bir çox qəzetlərdən fərqli olaraq, işimiz satış üzərində qurulub. Ona görə hesab edirik ki, karantin günlərində oxucu itirəcəyik. Cebhe.info saytla ilə bağlı isə hər hansı problemlə üzləşəcəyimizi düşünmürük. İşimiz həmişəki qayda və prinsiplərlə, karantinli günlərə uyğun davam edir".

Novella Cəfəroğlunun ürəyində problem yaranıb - Report.az

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu: “Hər gün deyil, günaşırı işə gedirik. Mən evdə qalacam. Hərdənbir gedəcəyəm. Amma işçilərimizdən iki nəfər ofisdə olacaq. Onlar da daimi deyil, günaşırı işə çıxacaqlar. Bizim icazəmiz var. O imkan verir ki, günaşırı işə çıxaq”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR