“Azərbaycan gənclər üçün yeni innovasiyalı imkanlar təklif edir. Onların həyata keçməsi üçün yaxşı şərait var”.
“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransında ittifaqın prezidenti Qabriela Kuevas Barron deyib.
O, gənclərin gələcəyin təminatçısı olduğunu vurğulayıb: “Gənclərlə bağlı qərarlar onların iştirakı ilə qəbul edilməlidir. Onların təhsilinə ayrılan vəsaiti xərc kimi qiymətləndirməməliyik, borcumuz kimi bilməliyik. Gənclərin önə çəkilməsi çox önəmlidir”.






