İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentin tərkibi dəyişəcək?

5534 09.06.2014 08:43 Ölkə A A

1. Oliqarxların və məmurların parlamentdəki “deputatları” çıxdaş ediləcək, yalnız ən yaxın adamları saxlanılacaq. Bununla oliqarxların parlamentə təsiri minimuma endiriləcək.

2. Universitet rektorları parlamentdən uzaqlaşdırılacaq. Buna səbəb onların parlamentdə təhsil qanunvericiliyindəki islahatları əngəlləməsidir. Həmçinin Təhsil Nazirliyinin onlara təsir imkanını mandatlarından istifadə edərək, dəf edə bilirlər. Halbuki onların hamısı parlamentin Təhsil komissiyasında təmsil olunsalar da, illərdir ki, islahatçı qanun layihələri komissiyanın arxivində yatır. 

3. “Nurçu ovu” parlament müstəvisində də davam etdiriləcək.
 
4. Yaşlı deputatlar “istirahətə”  göndəriləcək. Bəzi hallarda isə bu dəyişiklik eyni ailədən digərinin əvəzlənməsi ilə müşayiət olunacaq. 

5. Hansısa xidmətlərinə görə “mükafatlandırılan” bir çox deputatlar digər “birdəfəlik” deputatlarla əvəzlənəcək. Buraya bəzi baş redaktorlar, iş adamları v s. aiddir. 


Siyahıda adı olan ən tanınmış deputatlardan biri Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır. “Yeni Müsavat”a açıqlamasında Fəzail Ağamalı bildirdi ki, həmişə seçkilər yaxınlaşanda mediada çeşidli siyahılar dərc olunur. Ancaq seçkilərdə bəlli olur ki, bütün bunlar jurnalistlərin təxəyyülünün məhsuludur: “Seçkidə deputatları seçicilər seçir. Belə siyahılar jurnalist təxəyyülünün məhsulu olmaqla yanaşı, Azərbaycanda seçkilərə ləkə yaxır. Bu siyahıda gənclər də var, orta və yaşlı nəslin nümayəndələri də var. Bu siyahı başdan ayağa fiksiyadr. Hər zaman cəmiyyətin, medianın prezident və parlament seçkilərinə böyük marağı olur. Bu mövzu ətrafında hər bir KİV müzakirə açmaqda həvəsli görünür. ”Qaynar.info"nun da yaydığı siyahı bu maraqdan irəli gəlir və həqiqətlə heç bir bağlılığı yoxdur. Deputatların siyahısını qoyublar qabaqlarına gümanlarını, ehtimallarını ifadə edərək bir siyahı çıxarıblar. Tam məsuliyyətlə demək istəyirəm ki, o siyahıdakıların əksəriyyətinin 2015-ci il parlament seçkilərində iştirakı və qələbəsi gözləniləndir. Eyni zamanda mənim də. Sağlıq olsun əgər, mənim özümdə qeyri-adi hadisələr baş verməsə mən qarşıdakı parlament seçkilərində iştirak etmək niyyətindəyəm. Kimin seçilməsində isə hansısa saytın rəyi nəzərə alınmır. Rəyi müəyyənləşdirən və nəzərə alınan xalqdır".  

   
Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirdi ki, Azərbaycanda parlamentin necə formalaşdığı hər kəsə bəllidir. Deputatlar qanunda nəzərdə tutulduğu kimi seçicilər tərəfindən yox, hakimiyyətin başında dayanan bir-iki nəfər tərəfindən seçilir. Ona görə də Milli Məclis sadəcə, Prezident Administrasiyasından göndərilən qanun layihələrini necə olmasından asılı olmayaraq qəbul edən notariat kontoruna bənzəyir: “Məhz bu üzdən də artıq millət parlament seçkilərini boykot edib. 2010-cu il parlament seçkilərində seçicilərin cüzi hissəsi səsverməyə getdi. Xalq bilir ki, səs verməsinin əhəmiyyəti yoxdur. Seçkinin taleyini, kimin deputat seçilməsini onun səs həll etmir. 

Seçkilər bu şəkildə keçirildiyindən həmişə ortaya müxtəlif siyahılar çıxır. Bu siyahılar tam şəkildə olmasa da xeyli dərəcədə həqiqəti əks etdirir.  Ona görə də mən hesab edirəm ki, yeni yayılan siyahı da inandırıcıdır. Mən bu siyahını real siyahı sayıram. Görünür, 2015-ci ildə parlamentin hazırkı üzvlərinin yarıya yaxını çıxdaş ediləcək. Atıq onların deputat kürsüsündə əyləşməsi hakimiyyətə sərf etmir. Yəqin ki, növbəti parlamentdə hakimiyyət gənclərə və xanımlara üstünlük verəcək. Ötən bələdiyyə seçkilərində maraqlı bir tendensiya müşahidə olunmuşdu. Seçki komissiyalarına göstəriş verilmişdi ki, bələdiyyələrə filan faizdə gənclər, filan faizdə gənc xanımlar seçilməlidir. Hər halda növbəti parlament seçkilərində də bu cür seçmə üsulunu tətbiq edəcəklər. Yenilərinə mandat verilməsi üçün də, təbii ki, hazırkı deputatların bir çoxu mandatsız qoyulmalıdır". 
Ə.Oruc onu da dedi ki, rəhbərlik etdiyi partiya son seçkilərdən sonra qərara gəlib ki, seçki qanununda demokratik dəyişikliklər olmayınca, ölkədə demokratik seçki mühiti formalaşmayınca seçkilərdə iştirak eləmək doğru deyil, özünü və milləti aldatmaqdır: “Ona görə də seçki mühitinin demokratikləşməsi, seçki qanunun dəyişilməsi üçün addımlar atmaq istiqamətində təkliflər hazırladıq və siyasi təşkilatlara müraciət etdik. Heç kim maraqlanmadı”.   

Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR