İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentin iclası başladı: spiker Slovakiyaya Xocalı soyqırımı ilə bağlı müraciət edib

332 11.10.2021 11:10 Son xəbər A A

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. Parlament sədri Sahibə Qafarova əvvəlcə deputatları Milli Məclisin nümayəndə heyətinin Slovakiyaya səfəri barədə məlumatlandırdı.

Sədr bildirdi ki, parlament nümayəndə heyətinin Slovakiyaya ilk səfəri zamanı 44 günlük Vətən Müharibəsi ilə bağlı məlumat verib, müharibədən sonra sürətlə davam edən quruculuq işləri, yaradılan iqtisadi zonalar, Ermənistanın 10 noyabr razılaşmasından sonra əl atdığı təxribatlar, düşmən ölkənin basdırdığı minalardan zərər çəkənlərlə bağlı faktlardan bəhs edib. Gələn il Xocalı soyqırımının 30 illiyinin tamam olacağını xatırladan S.Qafarova ümidvar olduğunu bildirib ki, Slovakiya parlamenti də bir sıra parlamentlər kimi, Xocalı soyqırımının tanınması istiqamətində addım atacaq. Ümumilikdə sədr Slovakiya səfərinin uğurla keçdiyini dedi və onu müşayiət edən həmkarlarına təşəkkürünü bildirdi.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR