İnsanlara hürriyət, millətlərə istiqlal!

PARLAMENTDƏ “YENİ MÜSAVAT”ın MƏHKƏMƏLƏRİ İLƏ BAĞLI MƏSƏLƏ QALDIRILACAQ

597 31.01.2012 09:24 Media A A

İqbal AğazadəPartiya sədrinin sözlərinə görə, artıq bununla bağlı “Yeni Müsavat”ın rəhbərliyi ilə də danışıb və lazımi dəstəyi verməyə, qəzeti müdafiə etməyə hazır olduğunu bildirib: “Qəzetlərin yayımında yaranmış problemlər, o cümlədən ”Yeni Müsavat" qəzetinə qarşı 2 milyon manatlıq məhkəmə iddiaları Azərbaycanda azad sözə, ifadə azadlığına yönəlmiş ciddi bir təhlükədir. Hakimiyyət istənilən halda bu prosesi durdurmalıdır. İstənilən halda nə mümkündürsə etmək biz siyasətçilərin, millət vəkillərinin də borcudur. Hesab edirəm ki, bu istiqamətdə müsbət nəticələr əldə edəcəyik".
Böyük Quruluş Partiyasının sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa da iclasda mətbuatın yayım problemi və qəzetimizə qarşı məhkəmə iddiaları ilə bağlı məsələ qaldıracaq: “Xüsusilə də Azərbaycana qarşı təzyiqlərin gücləndiyi bir vaxtda mətbuata qarşı bu cür addımlar əslində Azərbaycan üçün yeni bir sürprizlər hazırlamağa gətirib çıxarır. Fazil MustafaSanki bütün problemlərimiz həll olunub, bircə mətbuat azadlığına qarşı total addımların atılması qalıb. Mətbuatın daha sərbəst formada yayımında əslində dövlət maraqlı olmalıdır. Onsuz da internet var və internetdə heç bir informasiyanın qarşısını almaq olmur. Belə bir vəziyyətdə hansısa bir qəzetin yayılması, vətəndaşlara çatdırılması hakimiyyət üçün hansı bir narahatçılıq yarada bilər ki? Ona görə də, məncə, bu, yanlış bir addımdır və bunu durdurmaq lazımdır”. F.Mustafa eyni zamanda məhkəmə iddialarına da son verilməsini zəruri saydı: "“Diffamasiya haqqında” qanunla bağlı Azərbaycana ciddi təzyiqlər var. Belə bir ərəfədə bu qanunu qəbul etmək yerinə, biz üstəlik mətbuat azadlığında qazandığımız nailiyyətlərdən geri çəkiliriksə, bu, bizə ciddi problemlər yaradacaq. Tam əminliklə söyləyirəm ki, Avropa Şurasında növbəti məsələlərdən biri Azərbaycanda mətbuata təzyiqlərlə bağlı olacaq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR