İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə MÜHARİBƏ ÇAĞIRIŞI: “8 kəndlə bağlı hərəkətə KEÇMƏLİYİK! – hərbi ekspertlə CANLIda

1237 05.03.2024 13:32 Ölkə A A

“Ermənistan Fransa və Yunanıstanla alyans yaradaraq, onlardan silahlanmaq üçün istifadə etməyə çalışır. Ermənistan hakimiyyətdə olanlardan sadə vətəndaşa qədər hamı revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşmaqdadır. Nə qədər Ermənistan güclü şəkildə silahlanmayıb, biz hərbi əməliyyat keçirib işğalda olan 8 kəndi torpaqlarımıza birləşdirməliyik”.

Bunu deputat Fəzail Ağamalı Milli Məclisin plenar iclasında bildirib.

“Düşüncələrimə görə hadisələrin gedişi heç də xoşagələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi, müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar!”, - deputat bildirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində hərbi ekspert Telman Qasımovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR