İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə Leyla Yunus, Rəna Səfərəliyeva və “beşinci kolon” müzakirələri...

3208 02.05.2014 12:51 Son xəbər A A
Bu  gün Milli Məclisin növbəti iclası öz işinə başlayıb. 

Parlamentin komitə sədri Əli Hüseynli söz alıb bildirib ki, bəzən QHT-lər tərəfindən beynəlxalq təşkilatların hesabatlarında, mətbuatda parlamentin imicinə xələl gətirilir: “Bir neçə gün əvvəl Beynəlxalq Şəffaflıq Təşkilatnın Azərbaycanla bağlı hesabat layihəsində parlamentlə bağlı hissədə yalan, böhtan dolu məlumatlar dərc olunub. Bu təşkilatın rəhbəri Rəna Səfərəliyeva Leyla Yunusun 100 minlərlə manat vəsaiti nağdlaşdırmasında əsas vasitəçilərdən biri olub. Ona görə də, Baş Ofis bu təşkilatın Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığı dayandırmalı, Azərbaycandan heç kim bu təşkilatın tədbirinə qatılmamalıdır”. 

Elmira Axundova dedi ki, onda da bu kimi faktlar var: “Bu, bizim milli təhlükəsizlik məsələmizdir”. 

Deputat Masallıdakı seçiciləri ilə görüşlər zamanı ona edilən müraciətlər əsasında məsələ qaldırdı. O, dedi ki, ailələrdəki 1-ci qrup əlillərə qulluq edən şəxslərə vəsait ayrılsa, çox yaxşı olar.
 
Musa Qasımlı dedi ki, “son vaxtlar polisin alçaldılması, papağının ayağının altına atılması” səbəbindən “Polis haqqında” Qanuna dəyişiklik edilməsi zəruridir.
 
Qənirə Paşayeva Ə.Hüseynlinin qaldırdığı təklifi müdafiə etdi. Deputat Hepatit-C və Hepatit-B-nin fəsadlarının qarşısının alınması üçün dövlət proqramının qəbul edilməsinə ehrtiyac olduğunu vurğulayıb. O, bildirib ki, Neftçilər Xəstəxanasında qara ciyər köçürülməsi zamanı əksəriyyətin bu xəstəliklərə mübtəla olduğu aşkarlanıb.
  
Fazil Mustafa dəmir yolunda çalışan 2 minə yaxın bələdçinin işdən çıxarıldığını xatırlatdı və nəqliyyat nazirindən bu şəxslərin işlə təmin olunmasını xahiş etdi.
  
Deputat əlillərlə bağlı E.Axundovanın qaldırdığı məsələyə də diqqət çəkdi və təşəbbüsü dəstəklədi. F.Mustafa Rusiya pasportlarının paylanması barədə də danışdı: “Hər hansı Azərbaycan vətəndaşı Rusiya pasportu üçün müraciət etdiyi andan etibarən Azərbaycan vətəndaşlığından çıxarılmalıdır”. 

O.Əsədov təklifi təqdir etdi və dedi ki, bizdə ikili vətəndaşlıq haqqında qanun yoxdur.

Siyavuş Novruzov dedi ki, Azərbaycan XİN bəyannamə yaymalıdır: “Əgər kimsə başqa ölkənin vətəndaşı olmaq, pasportunu daşımaq istəyirsə, həmin andan Azərbaycan vətəndaşlığından çıxarılmalıdır. Ola bilər ki, ticarət məqsədilə, başqa dövlətin ərzisində özünü müdafiə etmək üçün buna gedirsə, dərhal vətəndaşlıqdan azad olunmalıdır. Bu gün bütün Azərbaycan vətəndaşları dövlətin müstəqilliyi və prezidentin ətrafında birləşməlidir. Vətən xainləri, erməniyə işləyənlər səngərdə üzbəüz dayanan ermənilərdən də betərdir. Çünki onlar beynəlxalq təşkilatlara Azərbaycan əleyhinə məlumat ötürürlər. Məlum oldu ki, səfirlər nədən dəstə bağlayıb, bəzi insanların yanında gəzirlər. Dövlət Departamenti bir hesabat yayır, başqası ayrı... “Beşinci kolon”un nümayəndələrinə qarşı öz işimizi düzgün qurmalıyıq ki, belələri ifşa olunsun. Burada heç nədən çəkinmək lazım deyil. Bu, Azərbaycan dövlətinə qarşı çıxış edib, ona görə cəzasını almalıdır. Oğurluqla məşğul olan təşkilat parlament haqqında olmazın yalanlar fikir söyləyir”. 

Fəzail Ağamalı dedi ki, anti-Azərbaycan qüvvələri ilə mübarizə aparmaq lazımdır. Deputat Leya Yunus haqqında da danşdı: “O, yeganə adamdır ki, erməni QHT-ləriylə layihələrdə sərbəst iştirak edir. Təəssüf ki, gec də olsa, onun erməni xüsusi xidmət orqanları ilə bağlılığı araşdırılır. Mən neçə illərdir ki, Leyla Yunusun bu əməlləri haqqında danışmışam. Leyla Yunus Ermənistanın xüsusi xidmət orqanlarının təsiri altında olan insandır. Ona görə də, Leyla Yunusun tərəfdarlarının, bu şəbəkənin ifşası ilə məşğul olmalıyıq”. 

Azay Quliyev parlament haqqında hesabatla Azərbaycan parlamentinin gözdən salınmasına çalışıldığını bildirdi: “Bəlli oldu ki, Rəna Səfərəliyevanın təşkilatı Leyla Yunusa gələn pulları yumaqla məşğul imiş. “Xalq diplomatiyası” adı altında Azərbaycanın əleyhinə fəaliyyət həyata keçirilir. Bu gün Leyla Yunusu “xalq diplomatı” ediblər. Bəzi səfirlər onun ətrafında birləşib, 1 saat ərzində ona 5 illik viza verirlər. Belə olmaz, axı...”
 
O.Əsədov da parlamentlə bağlı hesabatdan danışıb: “Bunun günahı bizdədir. Son vaxtlar QHT-lər, mətbuat parlamentə qarşı haqsız irad bildirir. Bəzən elə televiziyalar var ki, MM-in pis sifətini göstərir. Ancaq bizim deputat tullanıb, 3 gün sonra gedib, oturur orda...” 

E.PAŞASOY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR