İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə andiçmə QALMAQALI: Kraliça Yelizavetanı "müstəmləkəçi" adlandıran senator gündəm oldu - VİDEO

1944 01.08.2022 16:10 Gündəm A A

“Mən müstəmləkəçi kraliça II Yelizavetaya sadiq qalacağam” deyən Avstraliya senatoru Lidiya Torp parlamentdə and içib.

Musavat.com xəbər verir ki, kraliçanı müstəmləkəçi adlandırdıqdan sonra senat prezidentinin işə qarışması və digər üzvlərin tənqidi fikirləri ilə üzləşən Torp yenidən sədaqət andı içməyə məcbur qalıb.

Yaşıllar Partiyasının senatoru Lidiya Torpun parlamentdə and içərkən Kraliça II Yelizavetanı müstəmləkəçi kimi təsvir etməsi dünya mətbuatında geniş müzakirələrə yol açıb.

Lidiya Torpun andiçməsindən sonra parlamentdəki həmkarları onu ciddi şəkildə tənqid ediblər. Hətta onlardan biri Torpun üstünə qışqırıb.

Musavat.com olaraq sözügedən görüntüləri təqdim edirik:

Turan Oruc
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR