İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament Elman Rüstəmovun Mərkəzi Bankın sədrliyindən azad edilməsinə səs verdi

1632 12.04.2022 11:46 Gündəm A A

Milli Məclisin plenar iclasında Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarılıb.

Spiker Sahibə Qafarova bildirib ki, Milli Məclisin komitəsində Prezidentin təqdimatı müzakirə olunub. Komitə sədri Tahir Mirkişili Prezidentin təqdimatının geniş müzakirə olunduğunu və müsbət rəy verildiyini bildirdi. Qeyd etdi ki, E.Rüstəmov İdarə Heyəti üzvlüyündən azad edilməklə həm də Mərkəzi Bankın sədri vəzifəsindən də azad edilir.

Məsələ səsə qoyuldu və qəbul edildi.

E.Paşasoy,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR