Parlament əfv fərmanına görə prezidentə təşəkkür etdi
Milli Məclisin fövqəladə iclası öz işinə başlayıb. Spiker Oqtay Əsədov gündəliyin təsdiqlənməsindən sonra ölkə prezidenti İlham Əliyevin 17 martda imzaladğı növbəti əfv fərmanından bəhs etdi. Parlament sədri bildirdi ki, ölkə başçısı imzaaldığı əfv fərmanı ilə əlaqədar 148 ailəni sevindirib. Ona görə də O.Əsədov parlament adından əfv fərmanına görə öz təşəkkürünü bildirdi. Deputatlar bu fikirləri öz alqışları ilə dəstəklədilər.
Bundan sonra müzakirələrə keçildi.
İlk məsələ “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında sənəd barədə Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov məlumat verdi. O bildirdi ki, 1979-cu ilin oktyabrında qəbul olunan Konvensiyaya Azərbaycan 2003-cü ildə qoşulub, 2005-ci ildə isə hazırda ratifikasiya üçün təqdim olunan düzəlişləri təqdim edib. Vitse-spiker qeyd etdi ki, bu gün məhz həmin düzəlişlər parlamentin müzakirəsinə çıxarılır. Düzəlişlərdə nüvə materiallarının saxlanması, daşınması, təhlükəsilziyi, konfedensiallığı, fövqəladə hallarda onunla necə davranılması məsələləri əksini tapır.
Deputat Bəxtiyar Əliyev dedi ki, Ermənistan ərazisindəki Atom Elektrik Stansiyasının tullantılarını Azərbaycanın işğal olunmuş ərazilərində basdırır. Ona ğörə də o, işğal olunmuş ərazilərdən Ermənistan ordusunun çıxarılması, orada faktaraşdırıcı missiyanın işləməli olduğu, həmin ərazilərdə narkotik məhsulların yetişdirilməsinə son qoyulması barədə beynəlxalq təşkilatlara müracət edilməsini düzgün addım saydı.
Deputat Fərəc QÜuliyev işğal olunmuş ərazilər sırasında Kərki və Qazax rayopnun 7 kəndinin də adını siayahıya salmağı zəruri saydı. Etyni zamanda o, sənədə əlavə olunan xəritədəki adların köhnə adlar olduğunu vurğuladı, XİN-I yüni xəritə hazırlayıb təqdim etməyə çağırdı.
Deputat Azay Quliyev bildirdi ki, bir müddət sonra ABŞ-da nüvə sammiti keçiriləcək və Azərbaycan prezidenti də həmin toplantıda iştirak edəcək: “Azərbaycan prezidentinin bu sammitə dəvət olunması onun göstəricisidir ki, Azərbaycan beynəlxaql təhlükəsizlik sisttemində aparıcı ölkələrdən biridir, Obamanın məktubunda da bu, əksini tapmışdı”.
A.Quliyev ölkə başçısının imzaladığı əfv fərmanının əhəmiyyətindən də bəhs etdi: “Bu əfv siyahısında hüquq müdafiə təşkilatarının təklif etdiyi şəxslərin adlarının olması mühüm məsələdir və təqdirəlayiqdir: “Bu, bir daha onu göstərir ki, ölkədəki bütün problemləri dialoq, barış, qarşılıqlı müzakirələr yolu ilə həll etmək olar”. Bu əfv fərmanı həm də onu göstərdi ki, hər hansı məsələnin həlli ilə bağlı Azərbayacn dövlətinə, onun prezidentinə güvənmək lazımdır”.
Deputatlar Xanhüseyn Kazımlı, Sədaqət Vəliyeva, Hikmət Məmmədov Konvensiyaya qoşulmağı məqsədəuyğun saydı.
Deputat Hikmət Məmmədov nüvə tullantılarının çaylar vasitəsilə ərazilərimizə axıdılması, yaxud işğal zonasında basdırılması faktlarını davamlı şəkildə beynəlxalq təşkilatların nzərəinə çatdırmalıyıq. “Biz peykimiz vasitəsilə nüvə tullantılarının basdırıldığı həmin əraziləri dəqiqləşdirib konkret sübutlarla beynəlxalq təşkilatlara müraciət etməliyik”.
Deputat Elman Nəsirov dedi ki, Vaşinqtondakı nüvə sammiti ərəfəsində bu sənədin təqsdiqlənməsi olduqca vacibdir: “Azərbaycan dövlətinin sülhpərvər olması, nüvaə məsələsində mövqe bildirməsinə baxmayaraq, Ermənistan öpz ampulasındadır. Metsamor AES-in zərərli tullantılar bütövlükdə region üçün təhlükə yaradır. Bu tullantılar Füzuli və Cəbrayıl ərazisində basdırılır. Hətta erməni ekspert bildirir ki, Ermənistan 7 rayonu Azərbaycana qaytarsa da, bu ərazilər nüvə tullantıları ilə çirkləndirdiyi üçün 25 uil ərzində o ərazilərdən istifadə etmək mümkün olmayacaq. Ermənistan təkcə terrorçu dövlət olmasına görə təhlükəli deyil, həm də nüvə məsələlərinə görə də təhlükəlidir və bunu beynəlxalq aləmin diqqətinə çatdırmaq lazımdır”.
Spiker Oqtay Əsədov dedi ki, Metsamor AES-lə bağlı məsələ bütün beynəlxalq təşkilatlarda, həmçinin MAQATE-də də qaldırılıb: “İşğal ərazisində nüvə tullantılarının basdırılması mümkündür. Amma təki biz o torpaqlarımızı qaytaraq, o basdırılan tullantıları hara göndərməyi biləcəyik”.
Deputat Tahir Kərimli dedi ki, bu sənəd Ermənisana qarşı konkret iddialar irəli sürməyimiz üçün faydalı sənəddir.
Deputat Elman Məmmədov Ermənistanın Azərbaycana qarşı daha bir təhlükəli fəaliyyətinə diqqət çəkdi: “Ağdərənin Çıldıran və Drambon ərazisində uran yataqları var. Ermənistan illərdir həmin yataqları istismar edir və ordakı tullantılar Xaçın və Tərtər çayları vasitəsilə Azərbaycan əarzisinə axıdılır”.
E.PAŞASOY






