İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə törədilən terror aktlarında əsas şübhəli həbs edilib

660 18.03.2016 23:37 Dünya A A
Belçikanın Molenbek şəhərində Parisdə törədilən terror aktlarında əsas şübhəli bilinən Saleh Abdeslam həbs edilib.
 
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, o, həyata keçirilən irimiqyaslı terrora qarşı əməliyyat nəticəsində yaxalanıb.
 
Bildirilir ki, S.Abdeslam hüquq-mühafizə orqanlarının əməkdaşları ilə atışmada yaralanıb.
 
Xatırladaq ki, ötən ilin noyabrında Fransanın paytaxtı Parisdə törədilən bir neçə terror aktı nəticəsində 130 nəfər ölüb, 350 nəfər xəsarət alıb. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR