İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə quldurlar iki qətərli qadının 5 milyon avro pulunu qarət ediblər

1080 23.11.2016 16:44 Dünya A A
"The Telegraph" yazır ki, Parisin şose yollarından birində Qətərdən olan iki qadın öz avtomaşınlarında qarət olunublar. Quldurların ümumi dəyəri 5 milyon avro olan pul və başqa dəyərli əşyalar apardığı bildirlir.

Polis mənbələrinin AFP agentliyinə verdiyi məlumata görə qadınlar Le Bourget hava limanından yenicə aralanıbmışlar ki, Bentley markalı avtomobilləri maskalılar tərəfindən saxlanıb.

Qadınların üzlərinə gözyaşardıcı qaz buraxılıb və maşında zinət əşyaları, pal-paltar və başqa yüklər də daxil nə varsa oğurlanıb.

Fransanın BFMTV televizyasının verdiyi xəbərə görə qarət qurbanları təxminən 60 yaşlarındadır.

Bently-ni özəl şofer idarə edirdi.

"The Telegraph" yazır ki, bu hadisədən bir neçə həftə əvvəl Fransa paytaxtında Amerikanın realiti ulduzu Kim Kardashian qarət olunmuşdu.

Qarətçilər onu vanna otağına salaraq qapını arxadan bağlamış 10 milyon dollar dəyərində zinət əşyalarını aparmışdılar.

Bu ayın əvvəllərində isə Parisdə daha bir sənətçi - Bollywood aktrisası Mallika Sherawat üzünə gözyaşardıcı qaz fışqırdılaraq döyülmüşdü.

Ümumiyyətlə Le Bourget hava limanı yaxınlığında qarət halları tez-tez baş verir.

Ötən ay bir fransız şirkətinin rəhbərini aparan taksi dayandırılmış, üç qarətçi 100 min avro dəyəri olan müxtəlif əşyarları aparmışdılar.

Ötən il isə koreyalı sənətkarlıq kolleksiyaçısı öz maşınında qarət olunmuş və 4 milyon avroluq cəvahiratı oğurlanmışdı.

"The Telegraph" yazır ki, Le Bourget əsasən özəl təyyarələri qəbul etdiyindən bu hava limanından siyasətçilər və məşhurlar istifadə edirlər (BBC).

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR