İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdə aksiya keçirən yanğınsöndürənlərlə polis arasında qarşıdurma yaşanıb

244 16.10.2019 01:55 Dünya A A

Parisin mərkəzində etiraz aksiyası keçirən bir neçə minlik yanğınsöndürənlərə qarşı polis gözyaşardıcı qazdan istifadə edib.

APA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qarşıdurmalar yerli vaxtla saat 18:00-da Millətlər meydanından başlayıb. Polisin gözyaşardıcı qazdan istifadə etməsinə cavab olaraq nümayişçilər tüstü yayan qumbara atıblar.

Qeyd edək ki, bütün Fransa boyu etiraz aksiyalarına başlayan yanğınsöndürənlər rəsmilərdən əməkhaqlarının qaldırılmasını tələb edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR