İnsanlara hürriyət, millətlərə istiqlal!

Paris-2024: Azərbaycan millisi tarixi nəticəyə İMZA ATDI

2480 10.08.2024 18:56 İdman A A

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb.

Final mərhələsində əvvəlcə halqalarla, daha sonra 3 lent və 2 topla bacarığını göstərib.

Komandanın çıxışı hakimlər tərəfindən ümumilikdə 66.450 xalla qiymətləndirilib və milli yekunda 5-ci pilləni tutub. Bu isə Azərbaycan gimnastika tarixində ən yüksək nəticə olub.

Buna qədər bədii gimnastika üzrə qrup hərəkətləri komandamız Tokio-2020 Yay Olimpiya oəOyunlarında 10-cu, Pekin-2008-də isə 7-ci olmuşdu.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR